Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.
Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.
Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.
İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.
Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.
Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.
O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. "Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib".
Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. (APA)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı
29 Oktyabr 2025 13:31
Ramiz Mehdiyevdən sonra onun həbsi gündəmdə
19 Oktyabr 2025 20:10
Onlar Rusiyanın casuslarıdır? Ramiz Mehdiyevdən reaksiya
11 Fevral 2025 10:39
Ramiz Mehdiyevdən qalan məmurlar da gedəcək
16 Oktyabr 2025 15:40
Ramiz Mehdiyevdən sonra daha kimlər həbs ediləcək… KONKRET
15 Oktyabr 2025 00:25
Baxış sayı:111
Bu xəbər 29 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları