Icma.az
close
up
RU
Ramiz Mehdiyevə bağlı QHT lər, icra başçıları və özəl ali təhsil ocağı var

Ramiz Mehdiyevə bağlı QHT lər, icra başçıları və özəl ali təhsil ocağı var

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“Prezident göstərişi ilə ölkəmizdə korrupsiyaya qarşı ciddi addımlar atılır. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hazırda bu istiqamətdə ciddi tədbirlər görür. Hesab edirəm ki, xaricdən Azərbaycana qarşı çıxışlar edən, söyüşlər yağdıran blogerlərin maliyyələşdirilməsi məsələsi də zamanla müəyyən ediləcək”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev son günlər ölkədə keçirilən əməliyyatlar və saxlanılan icra hakimiyyəti başçısı və əməkdaşları barədə danışarkən deyib.
Onun sözlərinə görə, Prezident Administarsiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı çox məsələlər var və Zəfər paradından sonra bu işlər bir qədər də sürətlənə bilər.
“İki rayonun icra hakimiyyətində əməliyyat keçirilib, həbslər aparılıb. Ehtimal edirəm ki, bu proses davam edəcək. Mehdiyevə bağlı xeyli icra başçısı var. Hətta onların sayının on altı olduğu məlumdur. İndi ikisində iş aparılıb. Digər tərəfdən, Mehdiyevin bəzi ali təhsil ocağına da təsir imkanı mövcuddur. Məsələn, Təfəkkür Universitetində onun payı var. Mən bilmirəm bu pay kimin adına rəsmiləşdirilib, amma bu, mövcuddur. Universitetin də gözəl binası var, əgər satılsa, Mehdiyev buradan bir neçə milyon manat qazanacaq. Eyni zamanda ölkədə Mehdiyevə bağlı olan bir neçə qeyri-hökumət təşkilatı da var. Ən azından bu qurumlara sədrlik edənlər Mehdiyevə yaxın adamlardır. Sözsüz ki, Mehdiyevə yaxın şəxslər parlamentdə də təmsil olunurlar və onların danışması məni qətiyyən təəccübləndirməz”,- professor əlavə edib.

Cümşüd Nuriyev

C. Nuriyev deyib ki, Mehdiyevin adamları, ona yaxın şəxslərlə bağlı media da araşdırma apara bilər:
“Araşdırın, görün Mehdiyevin köməkçiləri kimlər olub və hazırda hansı vəzifələri tuturlar”.
C. Nuriyevin iddiasına görə, xaricdə olan blogerlər diqqəti R. Mehdiyevdən yayındırmaq məqsədilə ortaya müxtəlif məsələləri atırlar.
Professor bildirib ki, ölkədə korrupsiya yüksək həddədir və bununla ciddi mübarizə aparılması alqışa layiqdir:
“Rəsmi statistikaya görə, ölkəmizdə korrupsiya 12 faizdir. Amma mənim qənaətimcə, reallıqda bu rəqəmdən bir neçə dəfə çoxdur. İnanıram ki, buna qarşı tədbirlər davam edəcək. Bir neçə icra başçısı var ki, əmlakları milyardlarla hesablanır və bunlar büdcədən oğurlanan pullar hesabınadır. Eləcə də Kənd Təsərrüfatı Nazirliyi ən çox pul xərcləyən qurumdur. Qısası, Mehdiyevin harada barmağı varsa, ora ən çox oğurlayan strukturdur. Bunu da qəsdlə təşkil edib ki, Azərbaycanın korrupsiya içində boğulduğu görüntüsü yaransın”.
C. Nuriyev sonda qeyd edib ki, Azərbaycanın rəhbəri ölkəni korrupsiyadan xilas etməyə çalışır və görülən tədbirlər buna xidmət edir.
Nemət ORUCOV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see232

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see216

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see209

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see192

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri