Icma.az
close
up
RU
Ramiz Mehdiyevə tərif deyən daha bir vəzifəli şəxs KONKRET

Ramiz Mehdiyevə tərif deyən daha bir vəzifəli şəxs KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunaraq barəsində ev dustaqlığı tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində xoş sözlər söyləyən, özünü onun kadrı hesab edən daha bir vəzifəli şəxsin adı açıqlanıb.

KONKRET.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bu şəxs Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sabiq müdiri, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevdir.

Ş.Əliyev söylədiyi tərifdolu çıxışında Ramiz Mehdiyevin onun insan kimi formalaşmasında mühüm rol oynadığını bildirir.

Özünü Mehdiyevin şərəfli kadrı adlandıran şəxsin çıxışını təqdim edirik: “Ramiz Mehdiyev haqqında ürək sözlərimi demək mənim üçün böyük şərəfdir. Ramiz müəllimlə 25 ildir, tanışıq, onun rəhbərliyi altında çalışıram. 25 illik təcrübə mənim insan kimi formalaşmağımda böyük bir məktəb olub. Bu məktəbin misli yoxdur. Həm dövlətçilik məktəbidir, həm də yüksək idarəetmə mədəniyyəti məktəbidir. Ramiz müəllimdə olan dövlətçilik və idarəetmə təcrübəsi indiki dövlət qulluqçularının az qismində var. Bu, təsadüfi deyil ki, xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Ramiz müəllimi Prezident Administrasiyasına dəvət edib. 1990-1993-cü ilin birinci yarısınadək Prezident Administrasiyası, sözün əsl mənasında, yox idi, hərc-mərclik hökm sürürdü. Məhz bu cür halların qarşısını almaq üçün ulu öndər yeganə lazımi seçimi etmişdi, və bu, Administrasiyanın formalaşması üçün ən zəruri olan insanı dəvət etmişdi. İllər ötdükcə sübut olundu ki, düzgün seçim edilib. Prezident Administrasiyası spesifik orqandır. Biz bilavasitə cənab Prezidentin qarşısında məsuliyyət daşıyırıq, bu məsuliyyəti necə dərk etmək, necə hiss etmək, necə rəhbər tutmaq – hamısını Ramiz Mehdiyev öyrətmişdi. Leninin populyar olmuş sözləri var idi ki, dövlət idarəetməsini hər bir qabyuyan bacarmalıdır. Bu vaxt Platonun sözləri yaddan çıxarılmışdı. O yazmışdı ki, dövlət idarəetməsi elmdir, bu elmi hər bir insan dərk etmək iqtidarında deyil. Ramiz müəllim və bizim iş təcrübəmiz Platonun sözlərini təsdiqlədi. O yüksək idarəedicilik mədəniyyəti Administrasiyada məktəbə çevrilmişdi. Hər bir yeni Administrasiya işçisi məktəbin qısa bir hissəsini keçdikdən sonra görür ki, doğrudan da, Prezident Administrasiyası Ramiz müəllimin rəhbərliyi altında saat kimi işləyir və bizim üzərimizə qoyulan bütün tapşırıqlar vaxtında, yüksək məsuliyyətlə icra olunur. Bu da Ramiz müəllimin çox böyük zəhməti nəticəsində olur”.

Bu çıxış sosial şəbəkə platformalarında müzakirələrə səbəb olub. Bildirilib ki, Ramiz Mehdiyev vəzifədə olduğu illərdə əksər sahələrə öz adamlarını yerləşdirib, indi də həmin şəxslər ona canla-başla qulluq edirlər. Qeyd olunub ki, bu şəxslərin hər biri ifşa olunmalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri