Ramiz Mehdiyevin ailə bankı ilə bağlı rəsmi açıqlama
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bank “BTB” ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir.
Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, “BTB” səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir.
“Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir. Hazırda proses normal qaydada davam edir və hər hansı problem müşahidə olunmur. Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir”.
AMB sədri qeyd edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:
“Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq”.
Qeyd edək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 06 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















