Icma.az
close
up
RU
Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR: Məmurların siyahısı...

Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR: Məmurların siyahısı...

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir. Mediada ona bağışlanan villalarla bağlı yeni məlumatlar yayılıb.

Xatırladaq ki, ictimailəşmiş məlumatlarda icra başçısı Asif Hüseynovun Ramiz Mehdiyevin Qalaaltıda yerləşən villasını təmir etdirdiyi, hətta ona villa tikib bağışladığı iddia olunur. Məhəmməd Məmmədov həmçinin icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, lakin həmin quyulardan çıxan suyun əhaliyə verilmədiyini bildirib.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəli şəxslər Mehdiyevin hüzuruna gedərək onun qeyri-rəsmi tələb və göstərişlərini dinləyir, daha sonra isə vəzifələrinin icrasına başlayırdılar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas fiqurlar rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik etmiş məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən qala tipli imarət hədiyyə edilməsi ilə bağlı da iddialar var idi. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgə sakinləri illərdir həmin versiyanın dolaşdığını deyirlər. Onların sözlərinə görə, Mehdiyev imarətinə yalnız ildə bir dəfə - əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

“Yeni Sabah” xəbər verir  ki,Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir. Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib. Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi formalaşdırdığı şəbəkə indi öz içərisindən çözülməyə başlayıb. Bir zamanlar kiminsə ona hədiyyə etdiyi villalar indi həmin şəxslərin öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə zamanında sədaqət göstərənlər indi ya etirafla özlərini xilas edəcəklər, ya da susmaqla talelərini riskə atacaqlar. Gələn məlumatlara görə, bu şəxslərin bir qisminə ən ağır cəzaların verilməsi də istisna edilmir. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və ölkənin siyasi idarəetmə sistemində ən yüksək qərarların icrasında iştirak edən əsas fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyannamələrində bu miqyasda əmlak heç vaxt göstərilməyib. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi ilə bağlı araşdırmalar davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri