Icma.az
close
up
RU
Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki....

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki....

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclası keçirilib. İclasda Prezident Administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin YAP sıralarından çıxarılmasına qərar verilib. Həmçinin, onun dövlət təltiflərindən məhrum edilməsi təklif olunub. İclas iştirakçıları dövlətə xəyanətdə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə cəhddə və digər cinayət əməllərində təqsiləndirilən Ramiz Mehdiyevin YAP sıralarında təmsil olunmağa mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Elə eyni arqumentlərə əsasən də sabiq aparat rəhbərinin dövlət təltiflərindən  məhrum olunmasının vacib olduğu qeyd olunub.

Dövlətə xəyanətdə ittiham edilənin dövlət təltiflər daşıması absurddur

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinin zəruri edən bir sıra amillər var ki, bunlardan biri sabiq aparat rəhbərinin rəsmi şəkildə dövlətə xəyanətdə ittiham olunmasıdır. Əlaqədar dövlət qurumları tərəfindən bununla bağlı təqdim edilən faktlar bu ittihamın doğruluğuna demək olar ki, şübhə yeri qoymur. Baxmayarq ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən bütün ittihamlar kimi bu ittihamın da nə dərəcədə əsaslı olduğuna məhkəmə qərar verəcək. Lakin Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunması ilə bağlı təkliflərin məhkəmə hökmündən öncə iəli sürülməsi onu deməyə əsas verir ki, sabiq aparat rəhbərinə qarşı irəli sürülən ittihamların doğruluğu, bu ittihamların cəmiyyətdə doğurduğu mənfi rezonans YAP təmsilçilərinə də yaxşı bəllidir. Buna görə də onlar Ramiz Mehdiyevi YAP sıralarından uzaqlaşdırmaqla yanaşı, onun dövlət təltiflərindən də məhrum edilməsinin vacib hesab edirlər. Hansı ki, onların bu yanaşması istər məntiqi, istərsə də əxlaqi baxımdan doğrudur və təqdir edilməlidir. Çünki dövlətə xəyanətdə ittiham edilənin dövlət təltifləri daşıması absurddur.

Dövlətçilik prinsipləri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruri edir

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruri edən amillərdən biri də dövlətçilik prinsipləri, bu prinsiplərin müqəddəsliyidir.

Dövlətçilik prinsiplərinin başında dövlətə, onun maraq və mənafeylərinə sədaqət dayanır ki, keçmiş aparat rəhbərinə qarşı irəli sürülən ittihamlara əsasən deyə bilərik ki, Ramiz Mehdiyev məhz bu prinsipə xəyanət edib, mənafeyini qorumalı olduğu dövlətin mənafeyinə zidd addımlar atıb. Belə olan halda onun dövlət təltifləri daşıması yolverilməzdir və dövlətçilik prinsipləri ilə açıq ziddiyyət təşkil edir. Bu ziddiyyətin aradan qaldırılmasının zəruriliyi Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini tələb edir.

Ramiz Mehdiyevin dövlət təltifləri daşımaqda davam etməsi dövlətçiliyimizin gələcəyi baxımından da qəbuledilməzdir

Sabiq aparat rəhbərinin dövlət təltiflərindən məhrum edilməsi dövlətçilik ənənəmizlə yanaşı, dövlətçiliyimizin gələcəyi baxımından da önəmlidir. Çünki dövlətçilik ənənələrimizin qorunması, gələcək dövlətçiliyimizin mənəvi-ideoloji təməllərinin sağlamlığı dövlətə xəyanət edən şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edir. Dövlətə xəyanət edənlərə münasibətdə  yumşaq və qətiyyətsiz yanaşma gənc nəslin vətənpərvərlik tərbiyəsinə zərbə vura, onlarda çaşqınlıq yaratmaqla yanaşı, dövlətin ədalətinə inamsızlıq hissi yarada bilər. Bu isə kritik məqamlarda, böhranlı vəziyyətlərdə digər şəxslərin də dövlət maraqlarından deyil, şəxsi maraqlar aspektindən çıxış etməsinə səbəb ola bilər ki, bu da dövlət üçün faciədir.

Bu baxımdan Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi zəruridir. Bu, ədalətin öz yerini tapması ilə yanaşı, dövlətçilik prinsipləri baxımından da ictimaiyyətə ünvanlanan ciddi mesaj ola bilər. Hər kəs bir daha əmin olar ki, dövlətin xidmətin mükafatı kimi dövlətə xəyanətin cəzası da mövcuddur və kimliyindən asılı olmayaraq heç kim bu cəzanın fövqündə dayana bilməz.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri