Icma.az
close
up
RU
Ramiz Mehdiyevin Əli Kərimli planı: Kəramət Böyükçöl Fuad Qəhrəmanlı davasına səbəb oldu

Ramiz Mehdiyevin Əli Kərimli planı: Kəramət Böyükçöl Fuad Qəhrəmanlı davasına səbəb oldu

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər tanınmış yazıçı Kəramət Böyükçöllə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin “sağ əli” hesab edilən Fuad Qəhrəmanlı arasında sosial şəbəkədə gərginlik yaranıb. 

“Cebheinfo.az” xəbər verir ki, qalmaqala səbəb Kəramət Böyükçölün sosial şəbəkədə paylaşdığı status olub. Yazıçı qeyd edib ki, Ramiz Mehdiyevin çevriliş planına görə Əli Kərimli yenə müxalifət lideri olacaqmış. Bu paylaşım Fuad Qəhrəmanlının kəskin reaksiyasına səbəb olub. 

O, “Facebook” hesabında geniş status paylaşıb. O, paylaşımına "Əli Kərimlini tənqid etmək olarmı? Bir yazıçı niyə ondan əl çəkmir?" 

başlığı ilə giriş edib. Həmçinin, yazıçını Əli Kərimliyə qarşı qərəzli mövqe tutmaqda və hakimiyyətin ritorikasına xidmət etməkdə ittiham edib. 

Bunun ardınca Kəramət Böyükçöl Fuad Qəhrəmanlıya cavab verib və ittihamları rədd edib, Əli Kərimlini heç vaxt tənqid etmədiyini, yalnız replikalar yazdığını bildirib. O, F.Qəhrəmanlını keçmiş həyat yoldaşının fəaliyyəti, şəxsi həyatına dair epizodlar və “səs yazısı” məsələləri ilə sərt tənqid edib. Böyükçöl paylaşımında Fuad Qəhrəmanlını  “hakimiyyətin içində klanlarla əlaqə qurmaqda” və “Fransaya mühacirət edib hələ də AXCP-nin hakimiyyətə gələcəyini iddia etməkdə” ittiham edib. 

Yazıçı, həmçinin Əli Kərimlini tənqid edənlərə qarşı böhtan atıldığını deyib. Fuad Qəhrəmanlı isə buna cavab olaraq daha bir paylaşım edib və Kəramət Böyükçölü “trol yazıçı” adlandırıb. O, yazıçının “təhqir və manipulyasiya ilə” mübahisəyə cəlb etdiyini qeyd edib. F.Qəhrəmanlı “müvəqqəti mühacirəti”nin siyasi mübarizədən imtina kimi təqdim edilməsini “əsassız” adlandırıb. 

Hazırda sosial mediada hər iki tərəfin tərəfdarları arasında mübahisə davam edir. AXCP tərəfdarları Fuad Qəhrəmanlının müdafiəsinə qalxıb, digərləri isə Kəramət Böyükçölün fərdi mövqeyini ifadə etdiyini yazıb. Kəramət Böyükçöl F.Qəhrəmanlının son statusuna cavab vermək istəmədiyini bildirib. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri