Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı Təfərrüat
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.
Yeniavaz.com xəbər verir ki, “Bank BTB” ASC-nin rəsmi veb-səhifəsində dərc olunan məlumatda, bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb.

Lakin bankın maliyyə göstəricilərində açıq şəkildə göstərilir ki, ötən ilin 4-cü rübünün yekununda “Bank BTB” 404 min manat xalis zərər edib.

Bundan əvvəlki – ötən ilin 3-cü rübündə rəsmi veb-səhifədə dərc olunan məlumatda da qeyd olunmuşdu ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Halbuki, ötən ilin 3-cü rübünün yekununda bankın xalis zərəri 641 min manat olub.
Dərc olunan məlumatlarda xalis mənfəət olaraq qeyd olunan məbləğlər əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Heç bir halda bunlar xalis mənfəət kimi təqdim oluna bilməz. Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.
Açıqlanan məlumatlardan da göründüyü kimi, “Bank BTB” ASC davamlı olaraq ictimaiyyətə yanlış məlumatlar verir.
Xatırladaq ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın “Bank BTB” ASC olduğunu açıqlayıb.
Elnur Əl
Bu mövzuda digər xəbərlər:“Ramiz Mehdiyevin cinayəti barədə məlumat verəcəm” KONKRET
20 Oktyabr 2025 10:02
Ramiz Mehdiyevin kürəkəninə məxsus TIR lar ölkədən BURAXILMADI
29 Oktyabr 2025 15:39
Deputatdan Ramiz Mehdiyevin cinayətlərinə
15 Oktyabr 2025 13:53
Ramiz Mehdiyevin xəyanət dosyesi...
15 Oktyabr 2025 14:19
Ramiz Mehdiyevin SƏHHƏTİ PİSLƏŞDİ
22 Noyabr 2025 14:55
Baxış sayı:110
Bu xəbər 16 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















