Icma.az
close
up
RU
Ramiz Mehdiyevin hakimiyyətdəki kadrlarının planı Onlar “havadan qoxu alıblar”

Ramiz Mehdiyevin hakimiyyətdəki kadrlarının planı Onlar “havadan qoxu alıblar”

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramiz Mehdiyevin siyasi və inzibati təsir imkanlarının hələ də davam edib-etməməsi son günlər ictimai müzakirələrdə yenidən gündəmə gəlib. Bəziləri hesab edir ki, Mehdiyev hələ də hakimiyyət strukturlarında özünə sadiq kadr şəbəkəsinə malikdir, digərləri isə bunu “siyasi mif” adlandırır.

Oxşar iddialar vaxtilə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov barədə də səslənmişdi. Qeyd edilirdi ki, Talıbov da məhkəmə, hüquq-mühafizə və icra orqanlarında öz kadrlarını yerləşdirib. Lakin onun vəzifədən uzaqlaşdırılmasından üç il keçməsinə baxmayaraq, həmin “kadr ordusu” hər hansı ciddi fəaliyyət göstərə bilmədi. Müqayisə üçün, R.Mehdiyev mərkəzi idarəetmə aparatında idi və əlində daha geniş təsir mexanizmləri vardı, Vasif Talıbov isə bölgə rəhbəri kimi Bakıya məhdud təsir imkanına malik idi.

Bəs Azərbaycanda Ramiz Mehdiyev və ona yaxın çevrələrə qarşı Türkiyədəki FETÖ əməliyyatlarına bənzər proseslər başlaya bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hakimiyyətdə olan kadrların müəyyən hissəsi vaxtilə Ramiz Mehdiyevin “xeyir-duası” ilə vəzifəyə gətirilib:

“Azərbaycanda hakimiyyətdə olan kadrların 90 faizi Ramiz Mehdiyevin təsdiqi ilə təyin edilib. Təbii ki, Mehdiyev bu şəxslərin hamısını öz məqsədləri üçün gətirməyib və onlardan sədaqət gözləmək düzgün olmazdı. Onlar sadəcə, vəziyyətə uyğun davranan, hansı tərəfdən gün çıxırsa, ora yönələn adamlardır. Onları maraqlandıran yalnız öz mövqelərini qorumaqdır. Bu baxımdan mövcud hakimiyyətə qarşı açıq çıxış edə bilməzlər. Şəxsi sədaqət prinsipinə əsaslanan kadr siyasəti yanlışdır”.

Sərdar Cəlaloğlu

ADP sədrinin sözlərinə görə, Azərbaycanda ictimai-siyasi proseslər üzərində ciddi nəzarət var və hər hansı çevrə belə bir cəhd etsə, onun qarşısı vaxtında alınacaq:

“Kadrların çoxu artıq “havadan qoxu alıb” öz mövqeyini dəyişib, başqa nüfuzlu şəxslərə sədaqət andı içiblər. Ramiz Mehdiyevin xətti ilə hakimiyyətdə əqidəli insanlar olmayıb. Bizim partiyadan qovulan iki nəfər onun vasitəsilə yüksək vəzifələrə gətirilmişdi — biri Miqrasiya Komitəsinin sədri, digəri Bakı rayonlarından birinin İcra Hakimiyyəti başçısının müavini idi. Onların nə qədər əqidəsiz və keyfiyyətsiz olduğunu bilirdik. Amma Ramiz Mehdiyev belə adamlara xüsusi diqqət göstərirdi, hətta keyfiyyətsiz bir şəxsi general rütbəsinə qədər qaldıra bilmişdi”.

Sərdar Cəlaloğlu hesab edir ki, bu tip kadrlar heç vaxt öz vəzifələrini riskə atıb kiminsə çağırışına səs verməyəcək:

“Hakimiyyətdə kimdirsə, onlar da onun quludur. Hazırda Ramiz Mehdiyev onlar üçün heç kimdir. Bəziləri şantaj və təhdid yolu ilə hansısa addım ata bilər, amma onların arxasında sosial baza yoxdur. Ölkədə ciddi proses başlatmaq üçün sosial dayaq lazımdır. Ramiz Mehdiyev və ona oxşar şəxslər anlamalıdırlar ki, yıxıldıqları gün onlara qarşı ilk çıxan elə bu gün onların ətrafında görünən adamlar olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri