Icma.az
close
up
RU
Ramiz Mehdiyevin həbsdəki adamı Ona da xəyanət etmişdi

Ramiz Mehdiyevin həbsdəki adamı Ona da xəyanət etmişdi

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.

Hurriyyet.az xəbər verir ki, “boz kardinal”a xidmət etmiş “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.
Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.

Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.

Ramiz Mehdiyev onu da satdı

2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədova üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metalurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular. 

Uzun müddət Ramiz Mehdiyevin “çətiri” altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: “Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm”.

O, vəkillərinin vəsatətinə qarşı çıxaraq “ağsaqqalı”nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev “Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək”, - deməklə onunla məsafə saxladı.

Sonuncu plan da alt-üst oldu

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş “Baku Oksford Məktəbi” uğrunda mübarizə aparmağa başladılar.

Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın “Baku Steel Company”dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.

İndi isə vəziyyət dəyişib - Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.

Ramiz Mehdiyevin özünün də dediyi kimi: “Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.

Qafqazinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri