Icma.az
close
up
RU
Ramiz Mehdiyevin “mirzəsi” nə vaxtadək “Azərbaycan”a rəhbərlik edəcək? KONKRET

Ramiz Mehdiyevin “mirzəsi” nə vaxtadək “Azərbaycan”a rəhbərlik edəcək? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İnternetin “axtarış” bölümünə “filankəs Ramiz Mehdiyev haqqında” yazan kimi, “sandıq açılır, pambıq tökülür”.

KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, belə şəxslərdən biri də Ramiz Mehdiyevin dəstəyilə uzun illər Milli Məclisin kürsülərindən birinə oturdulan keçmiş deputat, 2002-ci ildən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində əyləşdirilən “əvəzolunmaz” Bəxtiyar Sadıqovdur.

Bəxtiyar Sadıqovun qanunvericilik orqanının kütləvi informasiya vasitəsini, hətta uzun illərini belə özünə “patron” hesab etdiyi icraedici orqanın vəzifəli şəxsinə – Ramiz Mehdiyevin mədhiyyəsinə həsr etməsi həm ağlamalı, həm də gülməlidir.

“Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir. “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” adlı yeni əsəri onun bu sahədə uğurlu və gərəkli addımlarından biridir. Dünyanı düşündürən və qayğılandıran aktual məsələ ilə bağlı yazılmış bu əsərdə indiyədək ölkəmizdə görülən işlərdən, qarşıdakı vəzifələrdən söhbət açılmaqla yanaşı, belə bir məsuliyyətli məqamda və prosesdə inkişaf strategiyamızın necə olması sualına da dəqiq və aydın cavab verilmişdir”, – bu fikirlər qazaxıstanlı dostlarımız demişkən, Bəxtiyar mirzənin qələmindən çıxıb. Adam oxuduqca, ürəyi bulanır.

Maraqlısı bilirsinizmi, nədir? Bunu Bəxtiyar Sadıqov Ramiz Mehdiyev haqqında 2018-ci ildə tərtib olunmuş “Biblioqrafiya” kitabında yazıb. 2012-ci ildə isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deputat Gülər Əhmədova vasitəsilə Ramiz Mehdiyevə deputat olmaq üçün bir milyon manat rüşvət göndərdiyini iddia etmişdi. Sözün qısası, Bəxtiyar Sadıqov o zaman (Allah bilir hansı yollarla) birtəhər vəzifədə qalmağı bacarmış Ramiz Mehdiyevlə işləməyə davam edə bilərdi, çünki onu işdən çıxarmaq səlahiyyətində deyildi. Amma onu mədh etməyə, şəhər-şəhər, rayon-rayon düşüb kitablarını təbliğ etməyə bilərdi axı.

Doğrudur, sonradan “Təzadlar” yazırdı ki, “Biblioqrafiya”da Bəxtiyar Sadıqovun Ramiz Mehdiyevi göylərə qaldıran imzalı məqalələri indi “Azərbaycan” qəzetinin veb-səhifəsində tapılmır, çünki silinib.

Amma report.az saytlnın “canı” sağ olsun. Bu sayt 29 oktyabr 2014-cü il tarixində Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetində dərc etdirdiyi “Sabahı düşünərkən” adlı məqaləsini yayıb. Həmin məqaləni internetdə tapmaq mümkündür. Fikir verin, bu da Elşad Abdullayev olayından sonra baş verib.

Həmin məqalədə deyilir: “Akademik Ramiz Mehdiyev həmişə tariximizlə bağlı və cəmiyyət həyatında baş verən ən aktual məsələlərdən yerində və yüksək səriştə ilə söhbət açıb, hadisələrə ziyalı alim, vətəndaş, yüksək çinli dövlət məmuru və xalqını sevən böyük insan kimi obyektiv, məsuliyyətli, böyük təcrübə və peşəkarlığından irəli gələn müdrikliklə qiymət verib. Onun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı çıxışında ürək yanğısı ilə toxunduğu məsələlər hamımızın ürəyini ağrıtdı! …Bu gün dövlətimiz akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin durumundan narahatlıq hissi keçirir! …Odur ki, akademik Ramiz Mehdiyevin ürək yanğısı ilə söylədiklərindən ağıllı nəticə çıxarmalıyıq!”.

Əlbəttə, istənilən şəxs öz rəisinə yaxşı münasibət bəsləyə bilər, hətta onunla dostluq əlaqələri də qura bilər. Amma özünü peşəkar jurnalist hesab edən Bəxtiyar Sadıqov Elşad Abdullayev-Gülər Əhmədova biabırçılığından sonra PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevə, heç olmasa, “müdrik” deməməliydi. O, özünə rəhbər saydığı vəzifəli şəxsin başqa dövlətin maraqlarına üstünlük verməsinə, şəxsi ambisiyaları səbəbindən başqalarını ləkələməsinə, ən əsası isə Bəxtiyar Sadıqovun dogma yurdu olan Qarabağın işğaldan azad edilməsinə nail olan Prezident İlham Əliyevin əleyhinə Ramiz Mehdiyevin fəaliyyət göstərməsinə göz yummamalı idi. Axı hər kəs anlayırdı ki, dövlət başçımız Ramiz Mehdiyevin istefaya göndərilməsini daha ağrısız yolla həyata keçirmək istədiyindən, bunun baş verməsini ləngidir. Yəni bunu Bəxtiyar Sadıqov anlamırdı?!

Əgər keçmiş maliyyə naziri Fikrət Yusifovun sözlərinə inansaq, hələ 1998-ci ildə, prezident Heydər Əliyevin hakimiyyəti dövründə Ramiz Mehdiyev ondan açıq və məkrli şəkildə prezident ailəsinin büdcəsi ilə maraqlanıb (LAF TV). Bu, onu göstərir ki, əgər Ramiz Mehdiyev o qədər yaxın olmadığı vəzifəli şəxsdən president ailəsinə dair gizli məlumatı əldə etmək istəyibsə, görün özünə yaxın bildiyi Bəxtiyar Sadıqovun yanında nələr danışıb…

Cəmiyyətimizin əcaibliyi isə ondadır ki, Bəxtiyar Sadıqov indiyədək “Azərbaycan” kimi möhtəşəm adı daşıyan əsas qəzetin baş redaktorudur. Bundan başqa əcaib Elşad Abdullayev olayından sonra “Danko”sayağı təkbaşına Ramiz Mehdiyevin müdafiəsinə qalxmış Zahid Oruc həm deputat, həm Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri