Ramiz Məmmədovun vəzifəsindən azad olunması xəbəri həqiqəti ƏKS ETDİRMİR
Icma.az, Bizim media saytına istinadən bildirir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun özünə yeni köməkçi təyin etməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb. İddialara görə, Ceyhun Cəlilov Ali Məclisin deputatı və səlahiyyətli nümayəndənin köməkçisi Ramiz Məmmədovu işdən çıxararaq bu vəzifəyə Səlahəddin Cəlilovu təyin edib.
Bizim.Media xəbər verir ki, “oxu.az”ın əldə etdiyi məlumata görə, köməkçi təyinatı ilə bağlı mətbuatda yayılan xəbər həqiqəti əks etdirmir.
Səlahiyyətli nümayəndəlik strukturunda "köməkçi" ştat vahidi mövcud deyil.
Qeyd edək ki, sabiq səlahiyyətli nümayəndənin köməkçisi qismində adı çəkilən Ramiz Məmmədov isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır və hazırda fəaliyyətini davam etdirir.
Bizim.Media
Baxış sayı:95
Bu xəbər 27 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















