Ramiz Quliyevin tələbələri onun mədəni irsini daim yaşadacaq Nazirlik rəsmisi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Ramiz Quliyevin vəfatı xalqımız üçün, mədəniyyətimiz üçün böyük itkidir.
Modern.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu qeyd edib.
“O öz peşakar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib. Çox yüksək pedoqoji qabiliyyəti vardı. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun mədəni irsini daim yaşadacaq”, - o əlavə edib.

Ramiz Quliyevin səhhəti NECƏDİR?
01 Oktyabr 2025 12:18
Ramiz Quliyevin vəziyyəti yaxşılaşır
13 Oktyabr 2025 10:29
Ramiz Quliyevin son durumu açıqlandı
02 Oktyabr 2025 14:14
Ramiz Quliyevin ən böyük konserti...
16 Oktyabr 2025 12:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti açıqlanıb
30 Sentyabr 2025 10:08

