Icma.az
close
up
RU
Ramon Maçado: Klubumuz bu mövsüm həqiqətən iddialıdır

Ramon Maçado: Klubumuz bu mövsüm həqiqətən iddialıdır

Icma.az bildirir, Apasport portalına istinadən.

“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado Apasport.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Hazırda məşqlər necə gedir, sizi narahat edən bir şey var?
- Hazırlığımız yaxşı gedir, davam edirik. Yoldaşlıq görüşləri oynayırıq. Gündə iki dəfə məşqlərimizi edirik. Hər şey planlaşdırıldığı kimi gedir. 

- Komanda ilk yoldaşlıq görüşündə “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib. “Alanyaspor”la 0:0 oynadınız, dünən isə “Konyaspor”a 1:2 uduzdunuz. Matçlar sizin üçün necə keçdi? 
- Yoldaşlıq görüşləri özünü yaxşı tərəfdən göstərmək üçün yaxşıdır. Lakin əsas diqqət hesaba deyil, məşq həcminə yönəldilib. Biz məşq vaxtı, güc və dözüm qazanmaq üçün buradayıq. Fiziki hazırlığın yaxşı olduğuna inanıram.

- "Araz-Naxçıvan” bu yay transfer bazarında ən fəal klub olub və heyət də güclənib. İndiki “Araz-Naxçıvan” ötən mövsümdəki komandadan güclüdür?
- Klubumuz bu mövsüm həqiqətən iddialıdır. Yeni transferlərin komandamıza cəlb olunması, ötən mövsüm qazandığımız vacib nəticələrin bəhrəsidir. Komandamız ötən mövsüm çox güclü idi və yeni futbolçuların gələn oyunçuların fayda verib-verməyəcəyini ancaq rəsmi oyunlar başlayanda biləcəyik. Amma biz çox həyəcanlıyıq və inanırıq ki, yeni oyunçular da çox yaxşı olacaq, hər şey istədiyimiz kimi gedəcək.

- Son rəqibiniz “Trabzonspor”dur. Yoldaşlıq oyunu olsa belə, bu qarşılaşma haqqında fikirləriniz necədir? Bu, “Aris” matçı öncəsi son matçınız olacaq. “Trabzonspor”la oyun yəqin ki, sizin üçün də maraqlı olacaq və “Aris”lə görüşə nə dərəcədə hazır olduğunuzu göstərəcək...
- Yəqin ki, bu, bizim üçün ən vacib yoldaşlıq oyunu olacaq. Yunanıstan komandası ilə qarşılaşmaya yaxın olacağıq və hesab edirəm ki, həmin vaxta qədər fiziki baxımdan daha yaxşı formada olacağıq. Necə alınacağını isə hamımız birlikdə görəcəyik.

- “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibi “Aris”dir. “Araz-Naxçıvan” təmsilçilərimiz arasında ən az ehtimal olunan komandalardan biridir. Şanslarınızı necə qiymətləndirirsiniz? “Aris” səddini aşa biləcəksinizmi?
- Keçən mövsüm bu yeri özümüzə təmin etmək üçün çox çalışdıq. Yunanıstan klubu daha güclü və favorit ola bilər. Amma biz sonuna qədər oynayacağıq və növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əmin ola bilərsiz.

- Heç özün “Aris”lə maraqlanmısan? Rəqib haqda nə məlumatın var və heç onların matçını izləmisən?
- Yunanıstan komandasından hələ ki, rəsmi məlumatımız yoxdur. Fiziki və texniki göstəricilərimizi təkmilləşdirmək üçün Türkiyədəyik. Məşqçilər korpusu lazım olan hər bir məlumatı bizə verəcək. “Aris”lə oyuna tam hazır olmağa çalışacağıq ki, hər iki görüşdə də əlimizdən gələni edək.

“Zirə” – “Hayduk” oyununun biletləri satışa çıxarılıb Toral Bayramov: "Çox faydalı təlim-məşq toplanışı keçir" Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub "Dinamo"nun futbolçusu "Sabah"a gəlir? - Danışıqlar aparılır Millimizin üzvü "Fənər"də - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri