Ramzan Kadırov: İrana ona görə dəstək vermədik, çünki onlar...
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çeçenistan Tehranın qonşu ərəb ölkələrinə hücum etdiyindən İrana hərbi dəstək vermədi.
Ölkə.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında irana hərbi dəsətk verməməsinin səbəblərini açıqlayarkən qeyd edib.
Onun sözlərinə görə, əgər İran yalnız ABŞ və İsraili hədəf alsaydı, bu, çox güman ki, baş verə bilərdi. “Amma onlar həm də qardaşlarımıza hücum edirlər”, - Kadırov qeyd edib.
O əlavə edib ki, İran təkcə ABŞ və İsrailə qarşı deyil, eyni zamanda Səudiyyə Ərəbistanına, BƏƏ-yə, Küveytə, Bəhreynə, Qətərə hücum edib.
Kadırov xatırladıb ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla "qardaşlıq münasibətlərindədir".
Mürtəza
Baxış sayı:142
Bu xəbər 09 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















