Icma.az
close
up
RU
Range Rover imi satıb pulunu götürdü Könül Həmzəyevanın MƏHKƏMƏSİ

Range Rover imi satıb pulunu götürdü Könül Həmzəyevanın MƏHKƏMƏSİ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə  məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevanın ifadəsi ilə davam edib:

"Bu adamı (təqsirləndirilən Röyal Masiyevə işarə edir) rəfiqəm Çinarə vasitəsilə tanıdım. Özünü inanclı, imanlı şəxs kimi göstərirdi; statuslarında tez-tez  ziyarətgahlardan foto və videolar paylaşırdı. Getdikcə məndə ona qarşı inam və etibar yaranırdı. Sonra şəxsi münasibətlərimiz yarandı. Bir gəlib mənə dedi ki, maşınında ciddi nasazlıq var, onun üçün pula ehtiyacı var. Mənim "Range Rover" markalı maşınımı 50 min dollara satıb pulunu götürdü. Məni inandırdı ki, dostunun rəhbəri olduğu "Amazon" şirkəti məşhur iş adamı Qod Nissanov üçün villalar tikir, oradan ona yüklü pay məbləği çatacaq, borcunu elə ödəyəcək. Bir dəfə gəldi ki, mən də salon istəyirəm. Dostunun ərazisi olan bir məkan tapdıq. Razılaşdıq ki, təmiri o edəcək, mən də salonu işlədəcəm. Bir gün mənə yazdı ki, dostu o işin batdığını deyərək, ona pul vermir. Mən məcbur qalıb salonu özüm təmir etdirdim; təmirə 100 mindən çox xərcim çıxdı. Sonra məlum oldu ki, Röyal məndən aldığı pulu ustalara verməyib. Elektrik gəldi ki, pulumu verin, yoxsa gəlib şünurları kəsəcəm. Mebel ustasına mebelin pulunu da artıq məbləğə demişdi. Bütün bu olanlardan sonra münasibətlərimiz pozuldu. Bundan sonra salona gəlib məni, əməkdaşları hədələyirdi ki, yer onun dostunundur, pulunu ver, çıx. Texniki işçilərdən biri onun tanışı idi, açar onda da var idi. Saat, vaxt bilmədən izinsiz salona müştəri gətirib, salonun satışa qoyulduğunu deyirdi. Mən bütün bunların hamısını sonradan kameralardan izləyib görürdüm. Dayana bilməyib oradan çıxdıq. Mənə dəymiş ziyandan 30 min ödəyib".

Növbəti proses 6 oktyabr saat 09:15-ə təyin olunub.

Xatırladaq ki, "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Masiyev Röyal Ələddin oğluna salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin  ona qarşı dələduzluq etdiyini bildirir. Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706  manat ödəməli olduğu halda bundan yayınır. K. Həmzəyeva R. Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri