“Range Rover”ə sayrışan işıq quraşdırıb videoalarını sosial şəbəkədə paylaşdı VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları “TikTok” sosial şəbəkəsində paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-JX-135 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü maşının ön hissəsinə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Ayrı-ayrı vaxtlarda lentə alınmış videolarda sürücünün mütəmadi olaraq sayrışan işıq cihazlarından istifadə etdiyi aydın şəkildə əks olunub.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin
Baxış sayı:108
Bu xəbər 06 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















