“Range Rover”i ikinci cərgədə park etdi, xanım sürücünü yolda qoydu VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Yavər Əliyev küçəsində dayanma-durma qaydasını pozan sürücü çətin anlar yaşadıb.
Bu barədə izləyici Avtosfer.az-a müraciət edərək videomaterial göndərib. Belə ki, 10-PE-404 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü maşını ikinci cərgədə saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. Maşınını parklanma yerindən çıxara bilməyən xanım sürücü dəqiqələrlə avtomobilin sahibini gözlədiyini və bu səbəbdən övladını xəstəxanaya apara bilmədiyini qeyd edib. Çıxılmaz vəziyyətdə qalan qadın DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət etdiyini əlavə edib.
Eyni zamanda “Range Rover”in sürücüsü dövlət nömrə nişanının standartlarını da pozub. Kadrdan da görünür ki, avtomobilin qeydiyyat nişanının seriya və rəqəmləri arasında defis yoxdur və bayraq solğun vəziyyətdədir.
Xatırladaq ki, avtomobili ikinci cərgədə park edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, 2 bal və 80 manat məbləğində cərimələnə bilər.
Nərmin
Baxış sayı:70
Bu xəbər 12 Mart 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















