“Range Rover”i keçiddə saxlayan qadın yaşlı piyadanın yolunu kəsdi VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Təbriz küçəsində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Belə ki, 77-VB-877 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü işıqforun sarı işığını nəzərə almayaraq hərəkətdə olduğu zolaqdan sağa manevr edib və piyada keçidinin üzərində dayanıb. Bu zaman yolu keçmək istəyən yaşlı qadının hərəkətinə maneə yaranıb. Görüntülərdən də aydın olur ki, piyada sürücünün bu davranışına etirazını bildirərək yoluna davam edir.
Qeyd edək ki, hadisə şahidi olan moto sürücü avtomobili idarə edən şəxsin qadın olduğu bildirib.
Xatırladaq ki, belə hallarda sürücülər piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı, işıqforun tələbinə əməl etməli və keçiddə piyadalara tam üstünlük verməlidirlər. Xüsusilə yaşlılar və digər həssas yol hərəkəti iştirakçıları üçün bu cür məsuliyyətsiz davranış ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, yol hərəkəti qaydalarına riayət etmək təkcə cərimədən yayınmaq üçün deyil, insan həyatını qorumaq üçündür.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















