Raqif Abbasov külli miqdarda mənimsəməyə görə hakim qarşısına çıxarılacaq
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov barəsində cinayət işi başlanılıb.
"Unikal"ın məlumatına görə, Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov külli miqdarda mənimsəmədə ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb və başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Raqif Abbasov 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddə ilə təqsirli bilinir.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:Raqif Abbasov hakim qarşına çıxarılacaq
29 Dekabr 2024 10:55
Fərman Abbasov işdən çıxarılacaq
21 Oktyabr 2025 16:33
Raqif Abbasov hakim qarşısında: 1 milyonluq mənimsəmə
04 Fevral 2025 12:53
Canan Karatay hakim qarşısına çıxarılacaq
04 Yanvar 2025 13:43
Keçmiş nazir hakim qarşısına çıxarılacaq
07 İyul 2025 15:52
Baxış sayı:130
Bu xəbər 29 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















