Raşad Mahmudov qanun layihəsinə irad tutdu
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Deputat Rəşid Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan qanun layihəsinə irad bildirib.
Modern.az-ın məlumatına görə, R.Mahmudov qeyd edib ki, burada uyğunsuzluq var:
"İnzibati Xətalara Məcəlləsinə təklif edilən "tibb bacılarının vicdansız münasibət" termini bizi narahat etməlidir. Qanunvericilik ancaq dəlillə sübut edilmiş konkret əmələ və nəticəyə əsaslanır. Subyektiv, etik mülahizələrə əsaslanmır. Tbbi səhlənkarlıq üçün qanunda kifayət qədər mexanizmlər mövcuddur. Sağlamlıq və vətəndaş sağlamlığının qorunmasını tam dəstəkləyirik. Ancaq bu kimi qərarlar, xüsusilə subyektiv dəyərlər, vicdansızlıq anlayışı həkimlərin peşə nüfuzunun qorunması baxımından problemlərlə qarşılaşmağımıza səbəb ola bilər. Biz bir həkimə deyirik ki, ən çətin anlarda intuisiyana güvən. Daha sonra, amma səni qərarına görə cəzalandıracağıq deyirik”.
Baxış sayı:127
Bu xəbər 16 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















