Raşford bu klubda oynamaq üçün az maaşa razılaşdı Danışıqlar başladı
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan hücumçu Markus Raşford karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu "Barselona"ya keçmək istəyir.
İspaniyanın "Sport" portalının məlumatına görə, hətta Kataloniya klubunun idman direktoru Deku çərşənbə günü ingilis forvardın agenti ilə görüşüb. "Blaugrana" ilə müqavilə imzalamaq üçün maaşında ciddi endirim etməli olacaq futbolçu bunu etməyə hazırdır.
Markus Raşford başa çatan mövsümün ikinci hissəsini icarə əsasında "Aston Villa"da keçirib. “Transfermarkt” “Mançester Yunayted”in 27 yaşlı forvardının dəyərini 50 milyon avro qiymətləndirib.
Qeyd edək ki, Raşford cari mövsüm "Mançester Yunayted" və "Aston Villa"da ümumilikdə 40 matça çıxaraq 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 May 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















