Rasim Balayev: Ərəbin ortaya çıxarası nə yazıçısı, nə bəstəkarı, nə də sənət adamı var
Mia.az saytına istinadən Icma.az xəbər verir.
“Məndən olsa, şəhidlərimizin məzarları üzərində təhqiramiz hərəkətlər edən həmin ərəbləri güllələyərdim. Lakin qanun çərçivəsində nə lazımdırsa, dövlətimiz edəcək”.
Mia.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
O bildirib ki, ümumiyyətlə, Azərbaycanın müstəqil olmasını çox ölkə həzm edə bilmir:
“Ona görə də müxtəlif təxribatlar törədirlər. Deməli, onlar istəyirlər ki, biz həmişə işğal altında qalaq, kimdənsə asılı olaq və qapazaltı vəziyyətində olaq. İndi görün həmin ərəblər nə qədər qudurublar ki, gəlib şəhidlərimizin məzarlarına belə hörmətsizlik edirlər. Hesab edirəm ki, ölkəmizə gələn ərəblərlə ciddi məşğul olmaq lazımdır. Onlara ölkəmizin qayda-qanunları və mənəvi dəyərləri izah edilməlidir.
Ərəblərin nəyi var? Onların bir peyğəmbəri var, o da hamımızın peyğəmbəridir. Yoxsa ərəbin ortaya çıxarası nə yazıçısı, nə bəstəkarı, nə də sənət adamı var. Sadəcə, neftdən gələn pullarla yaşayırlar. Bütün bunları nəzərə alaraq, ölkəmizə gələn ərəblərə ciddi nəzarət edilməlidir. Onsuz da onların ictimai yerlərdə, küçələrdə özünü düzgün aparmaması ilə bağlı şikayətlər var. Onlara dərs verilməlidir ki, bir daha belə hadisələr təkrarlanmasın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















