Icma.az
close
up
RU
Rasim Balayev: Kinomuzun estafeti 90 cı illərdə qırıldı Müsahibə

Rasim Balayev: Kinomuzun estafeti 90 cı illərdə qırıldı Müsahibə

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Pərvin İsmayılzadənin Xalq artisti Rasim Balayevlə müsahahibəsini təqdim edir.

Bəşəriyyət mövcud olduğu gündən bəri insanlar müxtəlif sahələrdə böyük nailiyyətlər qazanırlar. Bunlardan biri də kino sahəsidir.
Azərbaycanın Milli Kinosu və onu unudulmaz edən sənətkar Rasim Balayev.

Həyatın çətin sınaqlarından uğurla keçərək bu gün adı dillərdə əzbər olan Rasim Balayevlə ünsiyyətdə olduqca anlayırsan ki, əsl sənətkar olmaq elə də asan məsələ deyil. Bu, öz bərabərində bütöv bir yaşamı və əvəzolunmaz sənəti əhatə edir. Rasim Balayev bunu öz ömür tarixində dəfələrlə sübut edib. Həssas, sevinc və kədərin qovuşduğu anlar və həyatının dönüş nöqtəsi...

- "Nəsimi” həyatınızda olması idi, sizcə, necə olardı?

- “Nəsimi” əgər olmasa idi, həyatımın gedişatının necə olacağını təsəvvür edə bilməzdim. “Nəsimi” filminə qədər bir neçə sınaq çəkilişlərində iştirak etmişdim, amma məni qəbul etmirdilər. “Nəsimi” filminin uğuru və tamaşaçıların məhəbbəti mənim həyatımda “yaşıl işıq” yandırdı. Mən həm Azərbaycanda, həm Orta Asiyada, həm də Moskvada və başqa yerlərdə məşhurlaşdım, filmlərə dəvət edildim. Bu mənim üçün böyük bir yol açdı.

- Nəsimiyə zahiri cəhətdən oxşarlığınız var idi. Bəs daxilən mistik bənzərlik hiss edirdiniz?

- Nəsimiyə zahiri cəhətdən bənzərliyimdən çox bəhs edilir. Hətta bir gün bir neçə nəfərdən ibarət bir heyət Nəsiminin məzarını ziyarət etməyə getmişdi. Onlar orada Nəsiminin nəslindən olan bir şəxsin mənə çox bənzədiyini söyləmişdi. Zahiri bənzərlik, region cəhətdən yaxınlıq və bu kimi oxşarlıqlar edilirdi. Hətta sonralar mənə deyirdilər ki, sən Mikayıl Abdullayevə təşəkkür etməlisən. Çünki o, Nəsiminin portretini sənə bənzədib, ona görə də film üçün səni seçiblər. Mikayıl Abdullayevə də deyirdilər ki, sən bədii obraz yaratmamısan, elə Rasim Balayevin özünü çəkmisən. Bu zaman aşımında baş verən hadisələr beyinlərdə heç bir fikir ayrılığı yaratmırdı. Həm rəsm, həm də ki, rol bir-birini tamamladı və bunun nəticəsi yaxşı oldu.

- Komik çalarları olan bir neçə rollarınız var. Bəs əgər komediyaya daha yaxından bağlı olsaydınız, yenə eyni uğuru qazanardınız?

- Yaxınlarım mənə deyir ki, sənin xarakterində qəribə komizm var. Həmişə ciddi rollarda oynamışam. Amma həyatda zarafatı, komizmi sevirəm. Əsl komediya diqqətimi cəlb edir. Belə rolları canlandırmaq görünüşdən də asılıdır. Məsələn, Lütfəli Abdullayevə, Səyavuş Aslana “Hamlet” rolunu təklif etsələr, uyğun olmaz. Yəqin ki, elə bu səbəbdən də mənə çox da komik rolları təklif etməyiblər. Ən çox oynamaq istədiyim isə tragikomik bir roldur.

Bəzən görürük ki, rolu mənfi və müsbət adlandırırlar. Amma mən rola belə baxmıram, onu oynayıram. Bundan nəticə çıxaran tamaşaçı olur. Ona görə də oynadığımız rola haqq qazandırmalıyıq.

- Həyatınızda əlinizdən tutan insanların daha sonra sizin uğurlarınıza paxıllıq etdiyi anlar olub?

- Bu hiss mənə tamamilə yaddır. Mən hər zaman kiminsə uğuruna sevinmişəm. İndi də böyük sənətkarların işlərinə baxıb fəxr edirəm. Hər zaman sənətimin məsuliyyətinə bağlı olduğum üçün o barədə düşünməyə vaxtım olmayıb. Sonradan belə bir hissin var olduğunu başa düşdüm.

- Ömrünüzün ən həssas dövrü hansı yaşlara təsadüf eləyir?

- Mənim həyatımda uğurlarım olduğu kimi iztirablarım da olub. Mən heç vaxt foto sınağından uğurla keçə bilmirdim və bu məni sarsıdırdı. Bir gün kinostudiyada Ədil İsgəndərovun şərti ilə işə düzəldim. Şərt o idi ki, əgər bir il ərzində mənə rol verilsə, belə bir ehtiyac olsa, o zaman işə davam edəcəkdim, əks halda, özüm ərizə yazaraq çıxmalı idim. Mən bununla razılaşdım və işə başladım. Bu dövrdə Müslüm Maqomayev haqqında “Üç Qərənfil” filmi istehsala buraxıldı və məni ilk dəfə idi ki, təsdiq elədilər. Lakin filmin çəkilişləri dayandı. Bu məni taleyimi sorğulamağa məcbur etdi. Sonra... dublyaj mərhələsində seçilmədiyim vaxt olub. Həyatımda belə keşməkeşli anlar baş verib. Artıq “Nəsimi”dən sonra çətinlik aradan qalxdı. Bu rolu oynamağa səbəb isə Həsən Seyidbəyli olmuşdu. O məni televiziyada şeir deyəndə görüb və mənim rolu canlandırmağımı istəyib. Bir il ərzində “Nəsimi” filmi ərsəyə gəldi, uğurlu şəkildə baxışdan keçdi və Heydər Əliyev tərəfindən də böyük rəğbətlə qarşılandı. Bu məni çox sevindirdi.

Bir gün Ədil İsgəndərov işdən çıxanda onunla dəhlizdə qarşılaşdım. O, həmişə dəhlizdə gəzən, işi ilə məşğul olmayan işçilərə hirslənirdi. Ona görə də o, işdən çıxanda heç kim orada dayanmırdı, onun gözündən kənar gəzirdi. Mən onu görən kimi qarşısında dayandım, salamlaşdım və o, gəlib məni qucaqladı, görüşdü. Mən tez ona sual verdim ki, Ədil müəllim, mən qalım, yoxsa gedim? O, isə cavabında "sən artıq qaldın" - dedi və o gündən sonra mən orada qaldım. Öz sənətimdə uğurla irəlilədim.

Biz çox məşq edirdik. Mən çalışırdım ki, hər bir rolu içimdən gəldiyi kimi oynayım. Çünki aktyorun qələmi hissləridir. Məsələn, Nəsiminin nəsrlə yazdığı sözlərini Nəiminin parçalanması səhnəsində söyləməli idim. Bununla bir çoxları razılaşmadı. Lakin mənə deyildi ki, gərək onu elə canlandırım ki, rejissor bununla razılaşsın. Mən bu səhnəni eşqlə, qəhərlə, göz yaşı ilə canlandırdım. Seyidbəyli və digərləri bəyəndi, qəbul etdilər. Belə bir hal ”Babək” filmində də olmuşdu. Çoxları deyirdi ki, Babək kimi böyük sərkərdə övladı öləndə belə ağlamaz. Amma biz bununla razılaşmadıq. Çünki Babək sərkərdə kimi yox, ata kimi ağlamalı idi. Mən bu epizodu ikinci gün tam canlandıra bildim. Çünki istəyirdim, göz yaşı çəkiliş vaxtı axsın. Belə də oldu. Bu hissi müasir heç bir texnika əvəz edə bilməz. Ekranda gözün içərisində yavaş-yavaş yaş əmələ gəldi. Bu səhnə birnəfəsə çəkildi

- Müasir kinomuzda, filmlərimizdə nə çatışmır?

- Kinoda bir estafet var idi. Bu, 90-cı illərdə qırıldı. Müharibə dövründə 6-7 il ərzində kinoya maliyyə ayrılmadı və dayandı. Bu vaxtlar aradakı zəncir qırıldı və birləşmədi. Peşəkar dramaturqlar, rejissorlar, sənətkarlar həyatını dəyişdi. Bu gün professional iş hazırlayan çox azdır. Əvvəllər bizim rejissorlarımız Moskvada oxumağa gedirdi, onlar orada baza olduğuna görə peşəkarlaşırdılar. Amma indi belə deyil, istedadlı insanlar yetişmir, var olanlar isə çox azdır. Buna görə də, mən bu illərdə sənətə gəlsəydim, işləməzdim. Çünki ideallarım böyük idi. Hər zaman istəyirdim ki, səhnədə müxtəlif rollar oynayım. Ümumiyyətlə, aktyor əvvəla teatrda olmalı, daha sonra kinoya üz tutmalıdır. Çünki teatr aktyoru daim canlı saxlayır.

Mən müasir kino sahəmizi Türkiyə ilə müqayisə edəndə görürəm ki, zaman keçdikcə necə zəifləmişik. Bizim kinomuzun uğurlu olduğu vaxtlarda, türklər çox zəif idi. Lakin onlar xarici ölkələrdə dərslər aldıqdan sonra gücləndi. Təxminən, 28 ilə Türk kinosu bütün dünyada məşhurlaşdı.

- Hazırda özünüzü hansı yaşda, əhvalda hiss edirsiniz?

- Mən özümü elə yaşıma uyğun hiss edirəm. Amma Azərbaycanın müasir kino sahəsində olan zəiflik məni narahat edir. Ola bilsin ki, artıq heç bir rolda çəkilmədim. Lakin Azərbaycanda film çəkildiyini, festivallara getdiyini görmək istəyirəm. Mənə bəzən deyirlər ki, filmləri pis hala salırlar, ona görə baxa bilmirik. Dublyajlar da eyni haldadır. Bunun səbəbi lazımi qədər vəsait ayrılmamasıdır. Kino sahəsinin hər bir əməkdaşı öz işinə məsuliyyətli yanaşmalıdır. Mən bir çox xarici ölkədə olmuşam, onlar bizim dilimizə heyrandırlar. Lakin müasirlərimiz dilə düzgün yanaşmır, buna görə də kanallar maliyyə ayırmalıdır, hər bir işçi işini peşəkar şəkildə görməlidir. Biz də izləyəndə öz dilimizdən ləzzət almalıyıq.

"Karamazov yox, Qaragözov" - Dostoyevski türk əsillidir? Gənc rəssamın “Mif” adlı sərgisi keçiriləcək O daha "Kuruluş Osman"da oynamayacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri