Icma.az
close
up
RU
Rasim Balayev: “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”

Rasim Balayev: “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham edib. 

Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb:

"Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir". 

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib:

"Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib: 

"Kinoya ayrılan və xərclənən pullar şəfaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə bu açıqlanmalıdır. Əlisa düz deyir". 

Sədrin sözlərinə görə, dövlət kino sahəsinə ayıran pul Mədəniyyət Nazirliyinin balansına köçürür:

"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kino çəkənlərə, kinostudiyaya  verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir ki, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bom-boş, 3-4 nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".

Bahar Rüstəmli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri