Icma.az
close
up
RU
Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vida mərasimində iştirak etmişəm. Oraya gəldim, jurnalistlər üstümə tökülüşdü. Az qaldı Rasim Balayev yaddan çıxsın. Hərəyə də bir cümlə dedim ki, o, bir ustad olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Rasim Balayev axirət dünyasını zənginləşdirməyə getdi”.

Moderator.az xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, R.Balayevin yasında iştirak edə bilməsə də, mərhumun məzarını ziyarətə getdiyini bildirib:

“Açığı yas yerinə getmədim. Ona görə ki, hamı üstümə gəlir və daxilən əsəbiləşirəm. Böyük bir dostumu itirmişəm. Onun günahına görə itirmişəm, özümün yox. İki gün əvvəl səhər tezdən getdim Birinci Fəxri xiyabana, qəbrini tapdım. Düz 20 dəqiqə oturub onunla dərdləşib, söhbətləşdim. Səhvlərimizi və düzlərimizi ona deyib gəldim”.

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin R.Balayevin 40-ı çıxandan sonra seçiləcəyini deyib:

“Qurultay çağırılacaq, ondan sonra sədr seçiləcək. Amma Şəfiqə Məmmədova dəqiq olmayacaq. 12 ildir oraya yapışıb qalıb. Biz Rasim Balayevi İttifaqa sədr seçəndə Şəfiq durub istefa verdiyini desə də, hələ oradadır. Bu qədər özbaşınalıq olmaz. Kimə güvənir, kimə arxalanır bilmirəm. Kino xalqın tarixi və mədəniyyətidir. Şəfiqə yapışıb yaxamızdan əl çəkmir. Bu adam 43 ildir kinostudiyanın qapısını tanımır.

Kimin seçilməsi önəmli deyil. Əsas odur ki, kino adam olsun. Mənim fikrimcə yeni sədr rejissor Cəmil Quliyev olmalıdır. Vəssalam. Həm dövlət adamıdır - əvvəllər müxtəlif vəzifələrdə, o cümlədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib, həm də böyük təcrübəsi var. Kinorejissor və dramaturqdur. 3-4 dildə də sərbəst danışır. Təşkilati istedadı da var”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı klinikada vəfat edib. O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəfatından sonra AKİ-də sədr vəzifəsi boş qalıb. Yeni sədr isə mərhumun qırx mərasimindən sonra keçiriləcək qurultayda seçiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri