Icma.az
close
up
RU
Rasizadəyə verilən ordeni başqa kimlər alıb? Siyahıda cəmi iki qadın var

Rasizadəyə verilən ordeni başqa kimlər alıb? Siyahıda cəmi iki qadın var

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sabiq baş nazir Artur Rasizadəni “Heydər Əliyev” ordeni ilə təltif etməsindən sonra bu ali mükafatı daha əvvəl kimlərin alması gündəmə gəlib. Rasizadə bu ordenə layiq görülən sayca 27-ci şəxsdir.

Qeyd edək ki, “Heydər Əliyev” ordeni Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilib. Həmin il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis olunub.

Siyahıda başqa kimlərin adları var?

Globalinfo.az xəbər verir ki, ordenlə təltif edilən 27 nəfərdən cəmi 2-si qadındır. Bunlar ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Xalq artisti, müğənni Zeynəb Xanlarovadır.

“Heydər Əliyev” ordeni ilə təltif olunanlar:

28.04.2005 – İlham Əliyev, Azərbaycan Prezidenti

29.04.2005 – İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi

29.01.2007 – Jak Şirak, Fransanın sabiq Prezidenti

27.03.2007 – Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor

21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti

27.11.2008 – Tahir Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı

14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri

02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti

10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti

18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti

14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti

11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti

13.09.2013 – Arif Məlikov, SSRİ xalq artisti

11.11.2013 – Abdullah Gül, Türkiyənin 11-ci prezidenti

17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti

02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti

29.06.2015 – Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti

28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Prezidenti

26.12.2016 – Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti

03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti

20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı

18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti

26.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri

23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri

13.01.2020 – Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti

03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakl sabiq səfiri, deputat

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri