Icma.az
close
up
RU
Ratomir Deliç: “Əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə çıxmaqdır”

Ratomir Deliç: “Əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə çıxmaqdır”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir.

İdman.Biz xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Ratomir Deliç Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis paytaxt təmsilçisinin oyunçularının bu mövsüm ciddi zədələrlə üzləşdiyini söyləyib:

"Lakin bu sınaqdan üzüağ çıxa bildik. Bu proses bir komanda olaraq böyüdüyümüzü və yeni transferlərin komandaya uyğunlaşmasını necə sürətləndirdiyimizin sübutudur. Yeni gələnlərin kollektivə bu dərəcədə tez uyğunlaşması həqiqətən təsirlidir. Onlar sanki illərdir bu komandanın bir parçasıdırlar. "Neftçi SOCAR" üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir. Hesab edirəm ki, müntəzəm mövsümün sonunda ilk 2 pillədən birini tutmaq üçün hələ də real şanslarımız var və bu, bizə böyük uğur gətirə bilər. Bu həftəsonu Azərbaycanda keçiriləcək yarışda meydana yenidən bir-biri ilə oynamamış yeni heyətlə çıxacağıq. Buna baxmayaraq, tam hazır vəziyyətdəyik. Hazırda ən vacib məqam gələn ayın əvvəlindəki həlledici matçlara addım-addım hazırlaşmaqdır. Milli komanda olaraq olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda mübarizədə də yaxşı mövqedəyik. Bu, uzunmüddətli əsas hədəfimizdir. Bir sözlə, bu mövsüm indiyə qədər ortaya qoyduğumuz işlərdən tam razıyam".

Azərbaycan millisinin də baş məşqçisi olan R.Deliç yığmanın bu il indiyədək kifayət qədər uğurlu çıxış etdiyini vurğulayıb:

"Dünya Kubokunda yüksək performans göstərsək də, təəssüf ki, turniri tam heyətlə başa vura bilmədik və son gün bizim üçün xüsusilə çətin keçdi. Buna baxmayaraq, hətta 3 oyunçu ilə belə, xüsusən yarımfinalda əsl əzmkarlıq nümayiş etdirdik. Avropa Kubokunun təsnifat mərhələsi də bizim üçün unudulmaz oldu. İki möhtəşəm günü geridə qoyduq və yenə də 3 basketbolçu ilə vacib qələbə qazandıq. Mövsüm ərzində üzləşdiyimiz zədə problemlərinə rəğmən, qızların bütün çətinliklərə sinə gərərək mübarizə aparması və nəticə qazanması qürurvericidir. Önümüzdə hələ çox vacib bir turnir var və orada da özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Həmişə dediyim kimi, meydana tam diqqət və yüksək enerji ilə çıxsaq, nəticədən asılı olmayaraq, komandamla fəxr edəcəyəm".

Xatırladaq ki, Azərbaycan millisi və "Neftçi SOCAR" avqustun 15-16-da Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri