Rauf Əliyev: Estonlara məğlubiyyət faciə sayılacaq İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Məğlub olsaq, bu, faciə olacaq".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq forvardı Rauf Əliyev deyib.
O, yığmamızın Millətlər Liqasında Estoniya və İsveç komandaları ilə keçirəcəyi görüşlər barədə fikirlərini bölüşüb: "Fikrimcə, bizim üçün əsas oyun Estoniya ilə olan matçdır. Çünki evdə oynayırıq, xal qazana bilərik. İlk oyunda millimiz yaxşı oynasa da, xüsusən də ilk dəqiqələrdə epizodlarımız olsa da, bundan yararlana bilməmişdik. Əvəzində isə estonlar öz yaratdığı vəziyyətlərdən yararlanıb bizi məğlub etmişdi. Amma bu oyun məncə daha fərqli olacaq. Elə fikirləşirəm ki, doğma meydanda millimiz qələbə qazana biləcək. Estoniya ilk oyunda qalib gəlsə də, o qədər də güclü rəqib deyil. Yığmamız onlardan daha yaxşıdır".
Əliyev İsveçlə oyunda isə millimizin şanslarını yüksək dəyərləndirmir: "İsveçlə görüş isə bizim üçün çətin olacaq. Bu oyunda millimizin qələbə qazanma şansı çox azdır. Bu matçda heç-heçə bizim üçün yaxşı nəticə sayıla bilər".
"Qarabağ"ın sabiq hücumçusu Estoniyaya məğlubiyyətin faciə olacağını düşünür: "Məğlub olsaq, bu faciə olacaq. Komandamız doğma divarlar arasında Estoniyanı məğlub edə bilməsə, böyük səs-küyə səbəb olacaq. Qrupu sıfır xalla bitirmək böyük uğursuzluqdur. D Liqasına düşəcəyik, məncə bu, faciə sayılacaq".(sportlife.az)
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















