Rauf Əliyev hakimləri təhdid edib, onların ünvanına təhqiramiz ifadələr səsləndirib AFFA
Icma.az bildirir, Qol.az portalına istinadən.
AFFA İntizam Komitəsi “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rauf Əliyevi cəzalanıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Qərarda qeyd edilir ki, Rauf Əliyev U-15 Liqasında "Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir edib və qırmızı vərəqə ilə cəzalandırılıb. Qeyd edilib ki, bundan sonra o, yenidən hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib. Bu səbəbdən məşqçi 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Həmin oyunda “Qarabağ”ın azarkeşləri hakimləri təhqir və təhdid etməsinə və bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















