Icma.az
close
up
RU
Rauf Əliyev: Qarabağ a, ya Neftçi yə azarkeşlik edəcəyimi soruşsanız...

Rauf Əliyev: Qarabağ a, ya Neftçi yə azarkeşlik edəcəyimi soruşsanız...

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev apasport.az saytına müsahibə verib.

- “Qarabağ” son vaxtlarda uğursuz dönəm yaşayırdı, sanki “Səbail”lə kubok və çempionat matçı komandanın özünə gəlməsinə kömək oldu. Bu rəqibə kubokda 1:0, çempionatda isə 5:0 qalib gəldilər...

- Hər bir komandada eniş olması normaldır. Onların avrokuboklardakı nəticələri, bəzən uğursuzluq, komanda üzərində olan təzyiqlər... Bunlar futbolda olan məsələlərdir. Komandada bu yöndə axsama ola bilərdi. Amma indi onlar bütün fikrini daxili oyunlara yönəldəcək. İnanıram ki, "Səbail"lə oyunlardan sonra məhz o görüşdəki nəticələr komandanın özünə gəlməsinə təkan olacaq. Onsuz da, "Qarabağ" liqada liderdir, xal fərqi də var. İnanmıram ki, bundan sonra hansısa boşluq versin. "Səbail"lə oyunlardan sonra yüksəlişə doğru gedəcəklər. 

- Böyük ehtimalla bu mövsüm “Qarabağ”ın çempion olmasına maneçilik törədəcək komanda tapılmayacaq. Bəs, “Turan Tovuz”un “Qarabağ”la bu sezon 3 oyunda 7 xal toplamasını necə şərh edərdin? Səncə, nəyə görə “Qarabağ” “Turan Tovuz”u məğlub edə bilmir?

- Belə hallar olur. Elə komanda olur ki, ona qarşı çətinlik çəkirsən, şanssızlıq yaşayırsan. Fikrimcə, bu üç oyunda "Qarabağ"ın hansısa itkiləri, ya boşluğu olub. Lakin komanda liderdirsə, bu görüşlərdəki nəticə problem deyil. Bəlkə də dördüncü matçda “Qarabağ” artıq “Turan Tovuz”u məğlub edəcək. “Turan” əzmkarlıq, mübarizlik, xarakter göstərib, komandanın əziyyətini yerə vurmaq olmaz. Ona görə də xal ala biliblər.

- “Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsən? Komanda daha çox şanssızlıq yaşadı, yoxsa müdafiədə yaxşı olmadı deyə turnir cədvəlində 36-cı oldu?

- Ümumiyyətlə, avrokuboklar barədə çox danışıldı. Futbol ictimaiyyətində "Qarabağ"ın nəticələri çox müzakirə edildi. Bəli, uğursuzluqlar da oldu. Bir çox oyunçunun vacib oyunlardan qabaq zədələnmələri, itkilər, şanssızlıqlar öz təsirini göstərdi. Bir az da müdafiədə boşluqları var idi. “Qarabağ” bir neçə oyunda müdafiədə səhvlərə yol verdi. Bütün bunların hamısı nəticəyə təsir göstərdi. Amma daha yaxşı olacağına inanıram. Çünki qarşıda hələ yeni sezon var. 

- “Qarabağ”dan öncə Juninyo ayrıldı, ardınca Julio Romao. Bu oyunçuların gedişi komanda üçün böyük itki hesab etmək olar? 

- Təbii ki, Juninyo və Romao səviyyəli oyunçular idi. Komandaya ən çox xeyri dəyən əsas heyət futbolçuları idi. Həqiqətən də, böyük itkidir. “Qarabağ” hər zaman gedənin yerini doldura bilib. Məncə, Juninyonun və Romaonun əvəzinə keyfiyyətli oyunçular transfer edəcəklər. Neçə illərdir ki, komandada baş verən məsələlərdir. Kadi Borgesin qayıdışı da "Qarabağ"ın çox xeyrinə olacaq. “Qarabağ” Azərbaycan çempionatında bu heyətlə çox problem yaşamır. Ancaq avrokubok və gələcək üçün  yaxşı transferlər olacağını düşünürəm.

- Riçard Almeydanın gedişi haqda hansı fikirdəsən?

- Adətən braziliyalılar öz vətənlərinə çox bağlı olurlar. Uzun illər hansısa ölkədə oynasalar da, yenə də öz ölkələrinə qayıdıb gedirlər. Riçard Almeyda da bunun üçün o addımı atdı. Karyerasını yenə də davam etdirmək istəyir. Ona görə vətəninə qayıtdı.

- Kadi Borgesin qayıdışını necə şərh edərdin? Yenidən debüt etdi, qol vurdu, asist etdi...

- Bir oyunla nəsə demək çətindir. Əsas odur ki, meydana girdi, qolunu vurdu, asist etdi. Sadəcə həmin vaxtı "Qarabağ" hesabda öndə idi. Qurban Qurbanov da bildirib ki, Kadinin formasını bərpa etməsi üçün vaxt lazımdır. Onlar hər şeyi daha yaxşı görür, Kadi onlarla birlikdədir. Səviyyəli oyunçudur. Komandanı tanıdığı üçün tez bir zamanda idman formasını tam bərpa edib, "Qarabağ"a xeyir verəcək.

- Yeni sezon Premyer Liqada legioner limitinin ləğv edilməsi yerli futbolçuların klubsuz qalmasın təsir edə bilər? Səncə, oyunçularımız Avropaya yollanacaq gücdədir?

- Bu, ən çox danışılan mövzudur. Nə qədər xeyri olacağını zaman göstərəcək. Yerli oyunçular üçün çətin olacaq. Açıq danışsaq, bizim futbolçularımızın hansısa normal klublarda legioner həyatı yaşaması çətin görünür. Bəlkə tək-tük futbolçu çıxar. Ancaq real danışsaq, limit olduğu üçün gedib legioner həyatı yaşayacaq oyunçularımız yoxdur. Legioner limiti olmadan yerli oyunçuların liqamızda oynaması çətin görünür. Aşağı büdcəli klublarda oynamaq şansları çox ola bilər. Amma legioner transferi rahat edəcək klublarda yerlilərimizin oynaması çətin görünür.

- Bu həftə Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq. Matçla bağlı fikrin necədir? Hər iki komandada oynamısan. Hansı komandaya azarkeşlik edəcəksən və hansı tərəfi daha şanslı hesab edirsən?

- Oyun 2 həftə əvvəl olsaydı, fikirləşmək olardı ki, "Qarabağ" asanlıqla qalib gələcək. Burada "Neftçi"nin vəziyyətinə görə deyirəm. Komandada işlər o qədər yaxşı getmirdi. Amma "Neftçi" son oyunlarda qalib gəlir, əhval-ruhiyyələri də yaxşıdır. Fikrimcə, "Neftçi" yavaş-yavaş özünü toparlayır. Son dövrlər oynanılan "Neftçi" - "Qarabağ" matçlarında "Qarabağ" açıq-aşkar seçilir. Hesablar da göstərir ki, Ağdam klubu "Neftçi"yə çox rahatlıqla qalib gəlir. Bu görüşdə də "Qarabağ"ı üstün tərəf görürəm. Amma çətin və maraqlı görüş olacağı dəqiqdir. Hansı komandaya azarkeşlik edəcəyimə gəldikdə, "Qarabağ"ın yetirməsiyəm, indi də klubun akademiyasında çalışıram. Ona görə də "Qarabağ"a azarkeşlik edəcəm.

"Fənərbaxça" və "Qalatasaray"ın avrokubok matçı bu kanallarda Binə stadionunun ot örtüyü yenilənib - FOTO Birinci Liqa: "İmişli" "Qəbələ"yə qarşı - YENİLƏNİR ÇL: Həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib Jorje Jezuş: “Salahı “Əl-Hilal”da görmək istəyərəm”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri