Rauf Məmmədov: “Əfsanəvi şahmatçı ilə qarşılaşmaq mənim üçün qürurvericdir”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində üz-üzə gələcəyi 15-ci dünya çempionu Vişvanatan Anandla görüş haqqında danışarkən deyib.
Azərbaycan çempionu hindistanlı rəqibinə qarşı oyunlarda şansını dəyərləndirib: “Dünya çempionu və hazırda FIDE reytinqində ilk “10-luğ”a yaxın olan əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir. Azərbaycan çempionu kimi bu, mənim üçün sürpriz oldu. Hazırda Almaniyada turnirdə çıxış edirəm. Anandla daha əvvəl də qarşılaşmışam. Vüqar Həşimov Memorialında ona 2:1 hesabı ilə qalib gəlmişdim. Fikrimcə, rəqibim favoritdir. Amma yaxşı rəqabət aparmağa çalışacağam”.
Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















