Rauf Vəliyev vəzifəsini buna görə itirib? ŞOK FAKT KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırılıb.. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb.
KONKRET.az Yeni Sabah-a istinadla xəbər verir ki, Rauf Vəliyevin vəzifəsindən azad edilməsi ilə bağlı daha bir versiya 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə 5 gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalmasıdır.
Həmin gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.
ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm Şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.
Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















