Icma.az
close
up
RU
Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini təcəssüm etdirir.
Bu münasibətlə Bakı İctimai Əməkdaşllq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.
“Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olundu, soyqırıma, terrora və digər qeyri-insani hallara məruz qaldı. Xalqımız 1 milyondan çox qaçqın və məcburi köçkün vaqonlarda, sığınacaqlarda, palatalarda yaşamaq məcburiyyətində qaldı. Bir müddətdən sonra Ulu Öndər Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlər üçün müəyyən şərait yaradıldı.”
Rauf Zeyni qeyd edib ki, Azərbaycan xalqı bu ağır dövrləri böyük əzmlə arxada qoydu və torpaqlarını işğaldan azad etməklə tarixi Zəfərə imza atdı:
“Bu məşəqqətlər, əzablar boşuna deyildi. Torpaqlarımız işğaldan azad olundu, xalqımız çox böyük Zəfər əldə etdi. Bu gün əsrin məhkəməsi davam edir – bir qrup erməni əsilli şəxsin mühakiməsi aparılır və Azərbaycan bu məhkəmədə xalqımıza qarşı aparılan siyasəti dünyaya nümayiş etdirə bilir. Bu reallıqları, bizə qarşı edilən siyasəti və qazandığımız Zəfəri dünya ictimaiyyətinə çatdırmalıyıq.”
QHT sədri bildirib ki, torpaqların qorunması və Zəfərin layiqincə təbliği hər bir vətəndaşın borcudur:
“Torpaqlarımızı qorumağa çalışmalıyıq, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu, böyük bayramdır. Çox şükür ki, artıq tam ərazimizə hakim olmuşuq, suverenliyimizi bərpa etmişik. Dünya ictimaiyyətini məlumatlandırmalıyıq ki, xalqımız asan həyat yaşamayıb – çətin, ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib.”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri