“Rayo Valyekano” və “Betis” qolsuz bərabərliklə ayrılıblar
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya çempionatının 16-cı turunun oyununda “Rayo Valyekano” ilə “Betis”in oyununda hesab açılmayıb – 0:0.
İdman.Biz bildirir ki, oyun bərabər mübarizə şəraitində keçsə də, hava şəraiti hər iki komandanın ən yaxşı futbolunu oynamasına mane olub. Yağış topa nəzarəti xeyli çətinləşdirib.
İlk hissənin ortalarında İsi Palason təhlükəli cərimə zərbəsi yerinə yetirib, lakin “Betis”in qapıçısı topu dəf edib. Fasilədən dərhal sonra Aytor Ruibal uzaq məsafədən zərbə ilə cavab verib, lakin “Rayo Valyekano”nun qapıçısı da yaxşı oyun nümayiş etdirib.
Bu oyun günündən sonra “Betis” La Liqa turnir cədvəlində altıncı yeri qoruyub saxlayıb, “Rayo Valyekano” isə 12-ci yerdə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:“Rayo Valyekano”dan minimalhesablı qələbə
10 May 2025 03:20
“Rayo Valyekano” AEK ə qarşı
09 Aprel 2026 10:06
“Rayo Valyekano” Avropanı təəccübləndirməyə hazırdır
27 May 2026 19:13
“Rayo Valyekano” stadionundan məhrum edildi
29 İyul 2026 17:38
“Rayo Valyekano” və “Vilyarreal”dan qələbə
16 Avqust 2025 02:02
Baxış sayı:131
Bu xəbər 16 Dekabr 2025 02:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















