Icma.az
close
up
RU
Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi Bakıda dəhşət saçan CİNAYƏT

Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi Bakıda dəhşət saçan CİNAYƏT

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il iyunun 3-də Bakının Nəsimi rayonundakı otellərdən birində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməşdaları əraziyə yollanır. Məlum olur ki, cinayət Lev Tolstoy küçəsi, 153 ünvanında yerləşən “Citadel” hoteldə baş verib. 5 nömrəli otaqda döşəmədə və divarda qan ləkləri, tibbi əlcək, bint, qana bulaşmış hicab baş geyimi və açılmış vəziyyətdə ov bıçağı aşkar edilib.
Cəlilabad rayon Polis Şöbəsinə təslim olan 1992-ci il təvəllüdlü Tərlan Abdullayev Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın həyatı xilas olunub.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Rüqayyə Abdullayeva əri Tərlan Abdullayevin əsassız qısqanclıqla əlaqədar yaranmış mübahisələrindən bezdiyi üçün, 2 azyaşlı uşağı ilə birlikdə Cəlilabad rayonundan Bakı şəhərinə gəlib. Qadın 2022-ci il iyunun 2-də “WhatsApp” mobil tətbiqi ilə görüntülü danışararkən, yoldaşına otellərin birində görüşmək istədiyini və yalandan bundan sonra onunla boşanacağını deyib. Ər-arvad ayın 3-ü saat 16-da Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında görüşüblər. Ordan taksi ilə Tolstoy küçəsi, 153-də fəaliyyət göstərən otelə yollanaraq, 5 nömrəli otaqda cinsi əlaqədə olublar. Saat 18:20-də Rüqayyə paltarlarını götürüb giriş qapısına doğru gedib. Bu zaman Tərlan yaxınlaşıb sol əli ilə arvadının ağzını tutaraq, geriyə çəkib və şalvarının arxa cibindən ov bıçağını çıxarıb. Bıçaqla Rüqayyənin döş qəfəsinə, boynuna və kürəyinə çoxsaylı zərbələr endirib. Qadın aktiv müqavimət göstərib qışqırdığı üçün Tərlan bıçağı otağın döşəməsinə ataraq, hadisə yerindən qaçıb. Yaralı qadın dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada həyatı xilas edilib.

İş üzrə dindirilmiş Tərlan Abdullayev bildirib ki, Rüqayyə Abdullayeva ilə 2014-cü ildə evlənib, nikahdan 2 övladı var. 2022-ci ilin aprel ayından Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyib:

“Aprelin 4-də arvadımla telefonla danışarkən mübahisə etdik. Növbəti gün əmim oğlu Alim Abdullayev mənə zəng edərək, Rüqayyənin uşaqları götürüb evdən getdiyini dedi. Buna görə işdən icazə alaraq rayona yollandım, yoldaşımın özbaşına evdən çıxması ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. May ayında arvadımın əmisi Elnur Hüseynov mənə zəng edib, Rüqayyə ilə barışmaq istəyib-istəmədiyimi soruşdu. Bundan bir neçə dəqiqə sonra yoldaşım ona mesaj yazdı. Söhbət əsnasında, qadın övladlarımı vaxtaşırı görməyimə etiraz etmədiyini bildirdi. İyunun 3-də görüşərək, otelə getdik. Qeydiyyatdan keçib, 25 manat ödəməklə 2 saatlıq otaq götürdüm. Otaqda intim əlaqədə olduq.

Ailəmizi bərpa etmək istədiyimi bildirsəm də, Rüqayyə münasibətimizi davam etdirmək istəmədiyini söylədi. Yaranmış mübahisə zamanı, arvadım ünvanıma söyüş söyərək, üzümə sillə vurdu. Əsəbiləşərək, arxadan Rüqayyənin ağzından tutub hamama saldım. Özümə tərəf çəksəm də, qadın mənə müqavimət göstərdi. Şalvarımın arxa sağ cibindən bıçağı çıxarıb birinci zərbəni kürəyindən vurdum. Sonrakı zərbələri hansı nahiyələrinə vurduğumu xatırlamıram. Rüqayyə çöldə olan insanları köməyə çağırdığından, bıçağı yerə ataraq, otaqdan çıxıb qaçdım. Qardaşım Nurlana zəng edərək, arvadımı bıçaqladığımı dedim. Saat 22 radələrində Cəlilabad rayonuna çataraq, polis şöbəsinə getdim və Bakıda cinayət törətməyim barədə məlumat verdim”.


Zərərçəkmiş Rüqayyə Abdullayeva ifadəsində göstərib ki, əri Tərlan çox qısqanc olub:

“Aprelin 4-də telefonla danışanda, bu davranışlarından yorulub ona ayrılmaq istədiyimi söylədim. Cavab olaraq, Tərlan məni və uşaqları öldürməklə hədələdi. 
İyunun 3-də yoldaşım yalvarışlarıma məhəl qoymayaraq, mənə bıçaqla zərbələr vurdu. Boğazımı kəsmək istəyərkən, ağzımı tutduğu əli boşa çıxdığından, qışqırıq səsimi otelin işçiləri eşitdilər. Qeydiyyatçı qız içəri girəndə, ondan təcili yardım çağırmasını xahiş etdim. Həmin xanım başqa otaqdan dəsmal gətirib kürəyimi bağladı. Kliniki Tibbi Mərkəzə çatdırılaraq, əməliyyat olundum”.
Məhkəmə iclasında Tərlan Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.


Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunması yanlışdır.
Məhkəmə onun əməlinin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrinə tövsif olunmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri