Rayonlara qar yağır Faktiki hava durumu açıqlanıb
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır.
Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti saat 10:00-a olan məlumat yayıb.
Bildirilib ki, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.
Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Baxış sayı:52
Bu xəbər 15 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















