Icma.az
close
up
RU
Rayonlarda buna nəzarət edən yoxdur Sahibsiz küçə itlərinin aqibəti

Rayonlarda buna nəzarət edən yoxdur Sahibsiz küçə itlərinin aqibəti

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda sahibsiz itlər məsələsi son illərdə daha çox diqqət çəkir. Gecə küçələrdə dolaşan it sürüləri, xüsusilə valideynləri və uşaqları qorxuya salır. Bəzi insanlar bu heyvanlara mərhəmətlə yanaşsa da, digərləri onları təhlükə mənbəyi kimi görür. Bəs sahibsiz küçə itləri ilə bağlı hansı tədbirlər görülməlidir?

Məsələ ilə əlaqədar Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov Metbuat.az-a açıqlamasında bildirib ki, bunun yolu onların populyasiyasını idarə etməkdir:

“Dünyada qəbul olunmuş beynəlxalq yol odur ki, sahibsiz küçə itləri tutulurlar, qısırlanırlar, vaksinasiya olunurlar və tutulduqları yerə geri qaytarılırlar. Bu missiyanı Bakıda IDEA Heyvanlara qayğı mərkəzi həyata keçirir. Onların iki nöqtəsi var: Qaradağda və Balaxanıda yerləşən mərkəz. Hər iki nöqtə qlobal olaraq sahibsiz itlərin qısırlaşdırılmasıyla, eyni zamanda quduzluq və bir sıra başqa xəstəliklər əleyhinə vaksinasiyalar ilə məşğuldur”.

Həmsöhbətimizin sözlərinə görə, zaman keçdikcə sahibsiz itlərin populyasiyası gedərək aşağı enəcək:

“Necəki qardaş Türkiyədə, qonşu Gürcüstanda itlərin qulaqlarında birkalar var, onlar qısırlanıblar və qısırlanmış itlər 7-10 il yaşayandan sonra öz həyatlarını başa çatdırdıqda bunların yerinə növbəti küçə itləri gəlmir. Eyni zamanda qanunvericiliyin olması zəruridir. Məsələn, sahibsiz itləri küçədə biz qısırlaşdırırıq. Amma digər insanlar - kimin ürəyi necə istəyir, öz itlərini küçəyə atırlar və s. Bu da keçələrdə qısırlanmamış itlərin sayının yenə də artmasına gətirib çıxarır. Onlar yenə də balalayırlar və bu, bitməyən bir işə çevrilir”.

F.Mansurov qeyd edib ki, rayonlarda bu işi heç bir qurum həyata keçirmir:

“Təəssüflər olsun ki, bölgələrdə sahibsiz itlərin populyasiyasına nəzarət yoxdur. Qardaş Türkiyədə hər bir bələdiyyənin nəzdində elə bir böyüklük var, hansı ki, sahibsiz itləri toplayır, qısırlandırır, vaksinasiya elətdirib buraxır. Bizdə bu mövzu uzun illərdir açıqdır. Heç bir qurumun üzərində bu məsuliyyət qoyulmayıb və bu məsələ ilə bağlı irəliləyiş yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri