Icma.az
close
up
RU
Rayonlarda ev bahalaşdı SƏBƏB NƏDİR?

Rayonlarda ev bahalaşdı SƏBƏB NƏDİR?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmlak bazarında qiymətlər gündən-günə artır. Hazırda rayonlarda da qiymətlər nəzərəçarpacaq dərəcədə qalxıb.  Bəs bölgələrdə bahalaşmanın səbəbi nədir?

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Moderator.az-a açıqlamasında bildirib ki, 2018-ci ildən etibarən Bakı və ətraf qəsəbələrdə əmlak bazarında hər il orta hesabla 13–18 faiz qiymət artımı müşahidə olunur.

Onun sözlərinə görə, əmlak bazarında tələbin təklifi üstələməsi prosesi qiymətlərin sürətlə bahalaşmasına səbəb olur:

"Alıcıların sayı satıcılardan çox olduqda qiymətlər qaçılmaz şəkildə artır. Bakı və ətraf ərazilərdə baş verən bu artım isə bilavasitə rayonlara da təsir edir. Rayonlarda qiymət artımı Bakıyla müqayisədə daha aşağı olsa da, son illər orada da bahalaşma nəzərə çarpır. Rayonlarda əvvəlki illərdə artım çox zəif olsa da, son 2–3 ildə təqribən 3–5 faizlik yüksəliş qeydə alınır. Rayonlarda tələbat Bakıla müqayisədə  xeyli aşağıdır. Bununla belə, Bakı ətrafında qiymətlər sürətlə yüksəldiyi üçün bu proses istər-istəməz bölgələrə də təsir göstərir. Digər bir amil isə insanların səs-küydən uzaq, istirahət üçün əlverişli ərazilərə marağının artmasıdır. Son illərdə yay istirahətini rayonlarda keçirmək istəyənlərin sayı çoxalıb, bu da torpaq və evlərə tələbi müəyyən qədər artırır”.

Anar Nəsirov əlavə edib ki, ümumi iqtisadi vəziyyət, yəni bütün sahələrdə qiymətlərin artması da əmlak bazarına təsirsiz ötüşmür:

"İynədən sapa hər şeyin bahalaşdığı bir dövrdə torpaq və mənzillərin qiymətinin stabil qalması mümkün deyil. Ümumi inflyasiya fonunda rayonlarda da qiymət artımı baş verir, amma bu, daha çox Bakıda müşahidə olunan bahalaşmanın dolayısı təsiridir. Bakıda illik artım 18 faizə qədər yüksəldiyi halda, rayonlarda bu göstərici əsasən birrəqəmli olur — 3, 5, maksimum 6 faiz. Buradakı bahalaşma əsasən tələb artımından deyil, ümumi bazar dinamikasından və paytaxtdakı qiymətlərin bölgələrə təsirindən qaynaqlanır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see541

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see332

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see304

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see294

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see286

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see273

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see268

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see264

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see245

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see243

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see243

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see240

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see239

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see238

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see233

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see232

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see221

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see214

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see194

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri