Rayonlarda heyvan bazarları bağılanır Dəhşətli xəstəliyə görə QADAĞA
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.
Medicina.az xəbər verir ki, artıq bu həftədən həftə sonu mal bazarları qadağan olunub. Heyvan satanlara bazara girişə icazə verilmir. Belə ki, böyük Biləsuvar, Beyləqan, İsmayıllı və digər bölgələrdə bazarlar qapadılıb.
Buna səbəb artıq epidemiya hədditə çatan dabaq xəstəliyinin geniş yayılmasıdır. Fermerlərin sözlərinə görə, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.
Bakıdan və digər şəhərlərdən mal üçün gedən satıcılar əliboş qayıdıb. İnsanlar tövlələrdə belə heyvanların təhlükəsizliyinə zəmanət verə bilmir.
Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması prosesi olub.
Aygün Musayeva
Baxış sayı:57
Bu xəbər 20 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















