Rayonlarda leysan və dolu gözlənilir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtda və yarımadada hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 16-20, gündüz 23-28 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-10, gündüz 12-16 dərəcə isti olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















