Icma.az
close
up
RU
Rayonlarda özəl sektorda nə qədər maaş verilir? Cəmi 5 rayonda 900 manatdan yuxarıdır

Rayonlarda özəl sektorda nə qədər maaş verilir? Cəmi 5 rayonda 900 manatdan yuxarıdır

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektorda işləyən muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) orta aylıq əmək haqqı 1 115 manat 60 qəpik olub.
Yeniavaz.com 
açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, özəl sektorda işləyən işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və ya 76 manat 90 qəpik artıb.
Məlumat üçün bildirək ki, paytaxt Bakının rayonları istisna olmaqla özəl sektorda ən yüksək orta aylıq əmək Zəngilan rayonunda (1502 manat 50 qəpik), ən aşağı orta aylıq əmək haqqı isə Yardımlı rayonunda (430 manat) verilib. 
Qeyd edək ki, orta aylıq əmək haqqının 1000 manatdan yüksək olduğu cəmi 3 rayon olub. Bunlar Zəngilan (1 502,5 manat), Qubadlı (1419,7 manat) və Şuşa (1219,6 manat) rayonlarıdır. Daha 2 şəhər və rayonda isə əmək haqqı 900 manatdan yüksək olub: Gədəbəy rayonunda 982 manat 50 qəpik, Sumqayıt şəhərimdə isə 918 manat 40 qəpik orta aylıq əmək haqqı verilib.
Paytaxtdan kənarda olan şəhər və rayonlarda özəl sektor üzrə orta aylıq əmək haqqının median (orta) göstəricisi 594 manat 60 qəpik təşkil edib.
Bu ilin yanvar-mart aylarında şəhər və rayonlar üzrə özəl sektorda orta aylıq əmək haqqı aşağıdakı kimi olub:
Zəngilan rayonu – 1502,5 manat
Qubadlı rayonu – 1419,7 manat
Şuşa rayonu – 1219,6 manat
Gədəbəy rayonu – 982,5 manat
Sumqayıt şəhəri – 918,4 manat
Xocalı rayonu – 882,7 manat
Şirvan şəhəri – 857,8 manat
Ağdərə rayonu – 850,2 manat
Kəlbəcər rayonu – 843,3 manat
Füzuli rayonu – 824,7 manat
Qazax rayonu – 798,2 manat
Abşeron rayonu – 791,5 manat
Laçın rayonu – 760,9 manat
Cəbrayıl rayonu – 737,4 manat
Babək rayonu – 720,1 manat
Goranboy rayonu – 716,8 manat
Hacıqabul rayonu – 714,9 manat
Xocavənd rayonu – 708,9 manat
Göygöl rayonu – 708,3 manat
Ağdam rayonu – 706,3 manat
Neftçala rayonu – 697,1 manat
Siyəzən rayonu – 690,6 manat
Salyan rayonu – 677,4 manat
Ucar rayonu – 663,1 manat
İmişli rayonu – 663,1 manat
Şahbuz rayonu – 659,1 manat
Kürdəmir rayonu – 656,6 manat
Sədərək rayonu – 655,2 manat
Naxçıvan şəhəri – 650,5 manat
Gəncə şəhəri – 649,9 manat
Qusar rayonu – 636,9 manat
Kəngərli rayonu – 602,9 manat
Ordubad rayonu – 598,6 manat
Şərur rayonu – 596,6 manat
Şamaxı rayonu – 594,6 manat
Naftalan şəhəri – 587,0 manat
Lənkəran rayonu – 575,0 manat
Ağsu rayonu – 572,7 manat
Ağcabədi rayonu – 562,7 manat
Samux rayonu – 560,0 manat
Şəmkir rayonu – 558,9 manat
Culfa rayonu – 557,5 manat
Qobustan rayonu – 549,1 manat
Xankəndi şəhəri – 542,9 manat
Xaçmaz rayonu – 542,7 manat
Oğuz rayonu – 541,3 manat
Göyçay rayonu – 541,1 manat
Şabran rayonu – 540,6 manat
Mingəçevir şəhəri – 540,0 manat
Zaqatala rayonu – 537,5 manat
Ağdaş rayonu – 534,1 manat
Biləsuvar rayonu – 530,7 manat
Quba rayonu – 529,5 manat
Tovuz rayonu – 528,6 manat
Cəlilabad rayonu – 525,1 manat
Tərtər rayonu – 520,4 manat
Daşkəsən rayonu – 516,6 manat
Xızı rayonu – 512,8 manat
Beyləqan rayonu – 510,9 manat
Saatlı rayonu – 507,3 manat
Bərdə rayonu – 507,2 manat
Yevlax rayonu – 503,9 manat
Masallı rayonu – 501,1 manat
İsmayıllı rayonu – 492,9 manat
Ağstafa rayonu – 484,0 manat
Balakən rayonu – 468,9 manat
Zərdab rayonu – 468,3 manat
Qax rayonu – 460,3 manat
Lerik rayonu – 458,1 manat
Sabirabad rayonu – 452,5 manat
Astara rayonu – 449,4 manat
Yardımlı rayonu – 430,0 manat
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri