Icma.az
close
up
RU
“Rayonlu” və “şəhərli” sözlərindən imtina edək!

“Rayonlu” və “şəhərli” sözlərindən imtina edək!

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun illərdir Azərbaycan cəmiyyətində müzakirə olunan mövzulardan biri də “şəhərli” və “rayonlu” ifadələrinin gündəlik ünsiyyətdə yaratdığı bölücülükdür.

Bu sözlər əslində insanların sosial statusuna, həyat tərzinə və mənsubiyyətinə dair gizli mesaj vermək istəyən insanların alətinə çevrilir. Bir tərəfdən zarafat və ya adi təsnifat kimi görünən bu ifadələr, digər tərəfdən ayrı-seçkilik və stereotiplərin möhkəmlənməsinə zəmin yaradır.

Məhz bu səbəbdən mövzu həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə tez-tez gündəmə gəlir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, jurnalist Qulu Məhərrəmli bildirib ki, rayonlu-şəhərli, o bölgəli-bu bölgəli kimi anlayışların problem çevrilməsinin dilçiliklə heç bir əlaqəsi yoxdur. Bu birbaşa düşüncə, təfəkkür məsələsidir:

“Zaman - zaman bu kimi məsələlər hansısa məqsədlərə xidmət etmək və ya diqqəti yayındırmaq üçün qaldırlır, sonra da həmin məsələlər sönüb gedir”. 

Biz rayon ifadəsini bölgə ilə və ya mərkəzi əyalətlə əvəz etsək nə dəyişəcək?

“Hesab edirəm ki, bu məsələni xüsusi ilə də mediada qaldırmaq, birbaşa dayaz təfəkkür məhsuludur. Bu kimi anlayışlar mədəni inqilab vaxtı - 1930-50-ci illərdə yaranıb. İndi dünyanın elə vaxtıdır ki, bu anlayışlar tədricən silinir. Çünki harada doğulmağın deyil, ümumi dünyagörüş, mədəni səviyyə insan üçün əsas göstəriciyə çevrilib. Biri əyalətdən, rayondan ola bilər, başqa biri şəhərdə doğula bilər. Amma bu insanın dünyagörüşünü, mədəniyyətini göstərmək üçün meyar deyil”

Mediada, meleviziya, sosial şəbəkələrdə bu məsələləri qaldırmaq bəsitlik və dar dünyagörüşünə sahib olmaqdan başqa bir şey deyil:

“Kimsə bölgədə doğula bilər, amma çox yüksək mədəni sərvətlərin yaradıcısı və daşıyıcısı ola bilər. Kimsə mərkəzdə doğula bilər, amma o sivilizasiyanın yaratdığı dəyərlərdən heç bir halda bəhrələnməyən, bəsit insan ola bilər. Hər şeyi insanın təhsil, mədəni səviyyəsi, yanaşması, dəyərlərə münasibəti müəyyənləşdirir. Məişət səviyyəsində kimsə düşünə bu cür bilər, amma bunu böyük miqyasa çıxarmaq, problemə çevirmək və müzakirəyə çıxarmaq indiki dövrün ab-havasına, inkişaf ölçülərinə heç bir şəkildə uyğun gəlmir” – deyə Qulu Məhərrəmli sonda bildirib. 

Sosioloq Mail Yaqublu isə vətəndaşar arasında bölücülük yaradan sözlərdən imtina etməyə çağırış edib:

“Əgər bir ölkədə hansısa söz pis səslənər və rezzonas doğurursa, o sözü işlətmək düzgün deyil. Əsas məsələ ölkənin vətəndaşlarının konfortudur. Bütün ölkələrdə hər şey vətəndaşların rahatlığına, xoşbəxtliyən, təhlükəsizliyinə üzərində qurulur. Hansısa söz pis anlaşılırsa, ya o sözü az işlətmək, ya da ümumiyyətlə lüğətdən silmək lazımdır”. 
M. Yaqublunun sözlərinə görə, adını ziyalı qoyan şəxslər bütün insanların hüquq və dəyərlərinin olduğunun fərqində deyillər. Onlar hətta təhqirlə də danışa bilirlər. Çox rahatlıqla kimisə açıq şəkildə söyürlər. Təəssüflər olsun ki, onlar fərqində deyillər ki, Azərbayacanda bütün vətəndaşların hüquqları qorunmalı, şəxsiyyətlərinə hörmətlə yanaşılmalıdır:

“Onlar hətta elə sözlərdən istifadə edirlər ki, mən onları deyə bilmirəm. Ona görə, düşünürəm ki, hər insan fərqində olmalıdır ki, o meşədə yox, cəmiyyətdə yaşayır. Hər kəsin haqq və hüququna hörmətlə yanaşılmalıdır. Heç kim özünə bu ixtiyarı verməməlidir ki, hansısa ifadə ilə kimisə incitsin. Bu hüquqdan əvvəl əxlaq məsələsidir. Bəziləri isə bir az tanındıqlarını düşünüb, elə bilirlər ki, cəmiyyətin bir hissəsi onları ziyalı hesab edir. Bu səbəbdən düzgün olmayan çıxışlar edirlər. Bu həmin insanların əxlaqının faciəsidir”- deyə o sonda qeyd edib.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri