Icma.az
close
up
RU
Razi Nurullayev “İmişli” üçün etdiklərini açıqladı maliyyə, stadion və nələr nələr...

Razi Nurullayev “İmişli” üçün etdiklərini açıqladı maliyyə, stadion və nələr nələr...

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İmişli” 2025/26 “futbol ili”ni premyer-liqada keçirəcək. Düzdü, komanda RDC MMC-nin sponsorluğundan faydalanır. Lakin elita klublarının yarışında maliyyə gücü nə qədər çox olsa, o qədər yaxşıdı. Həmçinin kollektivin ev oyunlarını bir müddət İmişlidə yox, Bakıda keçirəcəyi dəqiqləşib.

Bilindiyi kimi, İmişlini Milli Məclisdə təmsil edən deputatlardan biri də Razi Nurullayevdi. O, klubun premyer-liqaya vəsiqə qazanmasını böyük sevinclə qarşılamış, sosial şəbəkə hesabında “İmişli”yə uğurlar arzulamışdı.
Bəs, deputatın komandanın premyer-liqada daha uğurlu iştirakına töhfə vermək niyyəti varmı? Ümumiyyətlə, indiyə qədər 1-ci liqada çıxış edən kollektivə hansısa şəkildə yardım edibmi?
Bu suallarla Razi bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“İmişli futbolunun yenidən dirçəldilməsinin iştirakçısı olmuşam. İşin araya-ərsəyə gəlməsi üçün yüz faiz əməyimi sərf etmişəm. Buna görə AFFA-ya təşəkkür edirəm. Qurumda görüşlər keçirib müzakirələr apardıq. Sağ olsunlar, bu işə çox ciddi yanaşdılar. İmişli futbolunun potensialını nəzərə alıb maliyyə ayırdılar və bu məsələyə start verildi. Nəticədə istəyimizə çatdıq. AFFA-ya həm də ona görə təşəkkür edirəm ki, onların xətti ilə bir çox problem aradan qaldırıldı, həmçinin kluba sponsor tapıldı. “İmişli”nin çox bacarıqlı məşqçiləri, təcrübəli futbolçulardan qurulan komandası var. O vaxt Heydər Əliyev adına şəhər stadionunun kluba verilməsi üçün də müəyyən orqanlara müraciət etdim. Qısası, həmişə İmişli futboluna yardım etmişəm. Əslində adımın çəkilməsini, gördüyüm işlərin hamıya bəlli olmasını istəmirdim. “İmişli”yə premyer-liqada uğurlar arzulayıram. Əsas çempionatda duruş gətirmək çətindi. Komandanın vəzifəsi çox ciddidi. Yaxşı futbol oynamalıdılar. Belədə sponsor olmaq istəyənlər tapılacaq. Komandadan gözləntilərimiz çoxdu. Ümid edirəm ki, “İmişli”ni avroboklarda görəcəyik”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri