RAZILAŞIBLAR... Səs küyü bir kənara qoysaq, sənəd hazırdır
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.
"AzPolitika" xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olan qüvvələr tərəfindən əsassız məlumatların yayılması davam edir: "Bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər. Əsassız məlumatlarla bağlı bütün səs-küyü bir kənara qoysaq, sülh sazişinin yekun razılaşdırılmış mətninin artıq hazır olduğunu təsdiqləyə bilərik. Hazırda Pakistan sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir".
Ş.Şərif həmçinin yaxın vaxtlarda razılığın əldə olunacağına inandığını bildirib: "Sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 İyun 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















