Razılığa gəlsək, tariflər sıfıra endiriləcək Tramp
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Donald Tramp Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
ABŞ lideri yaxın gələcəkdə Baş katiblə şəxsən görüşəcəyini bildirib.
Tramp ABŞ və Vyetnam arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb və iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini bildirib.
“Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə indicə çox məhsuldar bir telefon danışığı oldu. O mənə dedi ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə, tariflərini sıfıra endirmək istəyir. Ölkəmiz adından ona təşəkkür etdim və yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi bildirdim”, – Ağ Ev rəhbəri bildirib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















