Icma.az
close
up
RU
Razılıq əldə olundu “Galatasaray” o oyunçu üçün 75 milyon ödəyəcək

Razılıq əldə olundu “Galatasaray” o oyunçu üçün 75 milyon ödəyəcək

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Qalatasaray” klubu futbol tarixində iz buraxacaq bir transfer üçün son mərhələyə çatıb. İstanbul təmsilçisi, Nigeriyalı ulduz hücumçu Viktor Osimhenin keçidi üçün "Napoli" ilə 75 milyon avro müqabilində prinsipial razılıq əldə edib.

"AzPolitika" xarici KİV-lərə istinadla xəbər verir ki, “Qalatasaray” rəhbərliyi uzun müddətdir gündəmdə olan Osimhen transferini gələn həftənin əvvəlində rəsmiləşdirməyi planlaşdırır. Klub "Napoli" rəhbərliyinin dəyişkən tələblərinə baxmayaraq, transferi başa çatdırmaq üçün bütün imkanlarını səfərbər edib və bütün maliyyə şərtlərini qəbul edib.

Klub ilkin olaraq 40 milyon avronu nəğd şəkildə ödəməyə hazır olduğunu bildirib. Qalan 35 milyon avro isə 2026-cı ilin sonuna qədər maksimum iki hissədə ödənəcək. Bu ödənişlərin təminatı üçün bank zəmanətləri də təqdim edilib.

"Napoli"nin tələbi əsasında müqaviləyə bir xüsusi şərt də əlavə olunacaq. Həmin şərt belədir ki, Osimhen 2 il ərzində heç bir İtaliya klubuna satıla bilməz. Əlavə olaraq, gələcəkdə Osimhen başqa bir kluba transfer olunsa və bu satış 75 milyon avronu keçərsə, həmin satışdan əldə olunan gəlirin 10-15%-i "Napoli" klubuna veriləcək.

Hazırda transferin rəsmiləşməsi üçün yalnız "Napoli" Prezidenti Aurelio De Laurentiisin yekun təsdiqi və imzası gözlənilir. İki klubun rəsmiləri müqavilənin hüquqi və texniki prosedurları üzərində son danışıqları aparır.

Nigeriyalı ulduz Viktor Osimhen isə "Qalatasaray"ın düşərgəsinə qatılmaq üçün hazır vəziyyətdədir. Bu transfer baş tutarsa, Türk futbol tarixinin ən bahalı keçidi olacaq.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri