Reabilitasiya mərkəzində ölüm Elgiz Alxanov həbs olundu
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyinə dair də araşdırma aparılır.

Reabilitasiya mərkəzində ölüm Elgiz Alxanov həbs olundu
05 Dekabr 2024 21:22

