Reabilitasiya mərkəzinin əməkdaşı 2 nəfəri bıçaqlayıb
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda reabilitasiya mərkəzində işləyən şəxs küçədə iki nəfəri bıçaqlayıb.
Axar.az Oxu.az-a istinadən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini Orxan Aslanov (soyadı şərtidir) narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasiyentindən mərkəzə olan pul borcunu almaq üçün yaşadığı evə gedərkən yolda Murad və Vüqar adlı şəxslərlə rastlaşıb. Söhbət əsnasında tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Orxan üzərində gəzdirdiyi bıçaqla Murada 7 zərbə endirib. Hadisə zamanı onları ayırmağa çalışan Vüqar da bıçaq xəsarətləri alıb.
Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Aslanov 6 il azadlıqdan məhrum edilib.
Baxış sayı:86
Bu xəbər 07 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















