“Real” 100 milyon avronu kimə görə ödəyəcək?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Viktor Dyökereş uğrunda mübarizə getdikcə qızışır.
Artıq bu futbolçunun yayda “Sportinq”dən ayrılacağını əminliklə söyləmək olar. İsveçli futbolçunun transferi uğrunda mübarizəyə “Real” da qoşulub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 26 yaşlı hücumçunun oyunu madridlilərin baş məşqçisi Karlo Ançelottinin diqqətini də cəlb edib. Rəhbərliyin italiyalı mütəxəssisin istəyinə müsbət yanaşdığı da bildirilib.
İddiaya əsasən, “Real” Viktor üçün 100 milyon avro ödəməyə hazırdı. İspaniya nəhəngi onun transferini uzunmüddətli sərmayə kimi dəyərləndirir.
Dyökereşi transfer etmək istəyən klublar sırasında “Mançester Yunayted” və “Mançester Siti” də var.
Zarafat deyil o, cari mövsümdə “Sportinq”in heyətində meydana çıxdığı 40 matçda 39 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















